Kosmosda süni intellekt dövrü başlayır
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“SpaceX” şirkəti kosmosda süni intellekt infrastrukturu qurmaq üçün illik 100 GW gücündə günəş elementləri istehsalına imkan verən avadanlıqlar sifariş edib.
“Bakupost” xəbər verir ki, şirkət Almaniyanın “Singulus Technologies” şirkəti ilə 69 milyon dollardan artıq dəyəri olan müqavilə imzalayıb. İlk istehsal xəttinin 2027-ci ilin ilk yarısında Texasda qurulması planlaşdırılır.
Layihə Günəş enerjisi ilə işləyən və süni intellekt hesablamaları aparan peyklərdən ibarət olacaq. “SpaceX”in məlumatına görə, “AI1” peykinin eni 75 metr, hündürlüyü isə 30 metr olacaq. Peykin orta enerji istehlakı 175 kilovat təşkil edəcək.
Peyklərin topladığı məlumatlar “Starlink” şəbəkəsinin lazer rabitə bağlantıları vasitəsilə Yerə ötürüləcək.
İlon Mask bildirib ki, şirkət hər il orbitə 100 GW-a qədər enerji gücü yerləşdirməyi hədəfləyir. Bu miqyasda layihənin həyata keçirilməsi üçün ildə minlərlə kosmik buraxılış tələb oluna bilər.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Noyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















