Icma.az
close
up
RU
Yuxudan ZƏFƏRƏ Təcili yardım maşınından üç şəhid tabutu düşürdülər

Yuxudan ZƏFƏRƏ Təcili yardım maşınından üç şəhid tabutu düşürdülər

Icma.az, Bizim media saytına istinadən bildirir.

27 sentyabr səhərə yaxın saat 4 radələri idi. Qəfil yuxudan ayıldım. Yuxunu bugünkü kimi xatırlayıram. Yuxuda bibimgilin həyətinin önündə bir təcili yardım maşını dayandı və içindən üç şəhid tabutu düşürdülər. Bibim anamdan soruşdu ki, " yenə üç şəhid? Anamsa ağlayaraq" üç nədir, üz yüz nədir, üç minə yaxın şəhidl var, hələ digər maşınlar da" dedi.
 

Qəfil yuxunun təsirindən ayıldım. Həyat yoldaşım hərbi orqanların birində çalışır və biz məzuniyyətdə olduğumuz üçün Cənub bölgəsində idik. Bu an yoldaşıma qəfil zəng gəldi. Təcili yaşadığımız rayona qayıtmasını tələb etdilər. Biz nə baş verdiyini tam anlaya bilmədik. Çalışırdım sosial şəbəkələrdən nə baş verdiyini öyrənim. Amma internetə giriş mümkünsüz idi.


İçimizdə qəribə bir narahatlıq da tüğyan edirdi . Salyan rayonunun ərazisindən Bakı - Qazax magistralına çatanda artıq gördüklərimizdən beynimizdəki suallara cavab tapa bildik. Böyük hərbi kalonlar yolboyu düzülmüşdü. Bu an məni dəhşətli bir ağlamaq tutdu. Eyni zamanda ağlayaraq dualar etməyə başladım. Bir az irəlilədikdə bir neçə əsgərin hərbi maşında başını bir-birinə söykəyərək mürgülədiyini gördüm. Bu görüntülərdən sonra içimdə fırtınalar qopdu. Beynimdən ilk keçən bu sözlər oldu " Bəlkə də bu dünyada son yatışınızdır, bəlkə də sizi nələr gözlədiyinizdən xəbərsizsiniz".
 

Bir neçə kilometr getdikdən sonra böyük bir toplu şəklində yığışıb əsgərləri alqışlarla yola salanları görmək olurdu. Bu anları görüb gah həyəcan, gah nigarançılıq, gah da qürur hissi keçirirdim. Bir onu xatırlayıram ki, evə çatanda üst geyimim göz yaşlarından nəmlənmişdi. Evə çatar-çatmaz televizoru yandırdım və Müdafiə Nazirliyinin digər qurumlarla birgə keçirdiyi mətbuat konfransı yenicə başlamışdı.


Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev ilk dəfə Vətən müharibəsinin başladığını elan edən zaman yenidən göz yaşlarıma hakim ola bilmədim. Daha sonra bir neçə kəndimizin müzəffər ordumuz tərəfindən erməni işğalından azad olunduğunu eşidəndə bir onu xatırlayıram ki, necə qışqırdımsa yaxın qonşularımın bizə qaçdığını gördüm. O zaman mən dizlərim üstünə çöküb dayanmadan ağlayaraq Allaha şükür edirdim. Qonşular içəri daxil olandan sonra durub onları qucaqlayıb təbrik etməyə başladım. Sevincimi necə və kimlə bölüşsəm rahatlaşaram deyə düşünürdüm. İlk öncə jurnalist həmkarlarıma yığıb göz aydınlığı verməyə başladım.
O gündən sonra 44 gün ərzində ailəlikcə nə gecə bildik, nə gündüz. Zəfərlərimizə sevinib, şəhidlərimizin yasını qəlbimizdə saxlamağa başladıq .
44 gündə o qədər qürurlanırdırdıq ki, sanki yenidən doğulmuşduq.
Allah bu zəfəri yaşadan şəhidlərimizə rəhmət, qazilərilərimizə can sağlığı versin. Ali Baş komandan İlham Əliyev və müzəffər ordumuz daim var olsun.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri