Icma.az
close
up
RU
Zəfərə aparan yol Şəhid Ziya Ağayevin ölməz xatirəsinə...

Zəfərə aparan yol Şəhid Ziya Ağayevin ölməz xatirəsinə...

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ziyad AĞAYEV

27 Sentyabr 2020-ci il... Bu, sadəcə bir tarix deyil, Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, millətin qeyrət günü və şəhidlərin qanı ilə yazılmış qürur səhifəsidir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsini yazdı. Bu 44 gündə hər günümüz zəfər, hər zəfərimiz isə gələcəyə inam idi.

Məhz həmin günlərdə - 3 oktyabr 2020-ci ildə ordumuz Tərtər rayonunun strateji əhəmiyyətə malik Talış kəndini işğaldan azad etdi. Talış kəndinin azad olunması sadəcə hərbi əməliyyat deyildi, ilk növbədə, şəhidlərin ruhunun rahatlığı, Azərbaycan xalqının iradəsinin və qəhrəmanlıq əzminin təntənəsi idi.

lll

Talış kəndi Azərbaycan tarixində həm acı, həm də şanlı səhifələrlə yadda qalıb. 1994-cü ilin aprelində bu kənd uğrunda gedən döyüşlərdə xeyli sayda igidimiz şəhid oldu. Onlardan biri də Zirə qəsəbəsinin qəhrəman oğlu Ziya Ağayev idi.

Ziya Ağayev 1974-cü il avqustun 25-də Zirə qəsəbəsində anadan olmuş, 241 nömrəli məktəbdə təhsil almışdı. Uşaqlıqdan vətənpərvərliyi, saflığı, mehribanlığı ilə seçilən Ziya 1990-cı ildə orta təhsilini başa vurdu. 1993-cü ilin sentyabrında hərbi xidmətə çağırıldı, lakin o, xidmətlə kifayətlənmədi. 1994-cü ilin yanvarında könüllü ərizə yazaraq cəbhəyə yollandı - vətən sevgisi onun üçün hər şeydən üstün idi.

Vətənini hər şeydən artıq sevən bu məğrur gənc 1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid oldu. Zirə qəsəbəsində böyük izdihamla torpağa tapşırıldı. Bu gün onun oxuduğu 241 nömrəli məktəb qürurla şəhid məzununun adını daşıyır.

lll

Şəhidlər təkcə ailələrinin, doğmalarının deyil, həm də onları tanımayan, heç zaman onlarla ünsiyyətdə olmayan böyük bir xalqın ürəyində əbədi yaşayan qəhrəmanlardır. Onların hər xatirəsi canlı, hər sözü müqəddəsdir.

Atası Niyaz Ağayev dərindən kədərlə deyir: "Ziya bizim gözümüzün nuru, qəlbimizin fəxridir. O, kiçik yaşından vətəninə bağlı idi. Onun qəhrəmanlığı hər zaman bizim ürəyimizdə yaşayacaq".

Anası Gülzar Ağayeva sarsılmış ürəklə xatırlayır: "Oğlum Ziya torpaqlarımızın azadlığı üçün can verdi. Hər zaman onunla fəxr etmişəm və bu fəxr heç vaxt solmayacaq. O, mənim üçün yalnız oğul deyil, həm də ölməz qəhrəmandır".

Bacısı Gülnar Ağayeva göz yaşları ilə xatırlayır: "Ziya ailənin sevimlisi idi. Hər zaman mehriban, qayğıkeş, təmiz ürəkli idi. Onunla qürur duyuruq. Bizim üçün o, sadəcə qardaş deyil, həm də qəhrəmandır. İndi Talış kənddi azaddır, demək ki, Ziyanın ruhu da rahatdır".

Qardaşı Şahin Ağayev fəxrlə deyir: "O, hər zaman vətən sevgisindən danışırdı. Könüllü cəbhəyə getdi. Mən indi fəxr edirəm ki, qardaşım şəhid adını daşıyır".

Qardaşı Nazim Ağayev Ziyanı belə xatırlayır: "Ziyanın gəncliyi arzularla dolu idi. Amma ən böyük arzusu Azərbaycanın bütövlüyü idi. Onun arzusu 44 günlük müharibədə gerçəkləşdi. Biz Ziyanı həm qardaş, həm qəhrəman kimi daim yad edəcəyik".

Sinif yoldaşı Kamilə Cabarova uşaqlıq illərini anaraq deyir: "Ziya müəllimlərinin sevimlisi idi. Çox səmimi idi. Həmişə deyirdi ki, "Mən Vətən üçün yaşayıram". O, bu sözünün ağası oldu".

Xalası Rəsmiyyə Abdulova bacısının şəhid balası haqqında gözləri dola-dola danışır: "Ziya bizim ailənin fəxri idi. Onun gülüşü, mehribanlığı yaddaşımızdan silinməyəcək. O, bu torpağa qanıyla möhür vurdu. İndi onun adı hər evdə hörmətlə çəkilir".

lll

44 günlük Vətən müharibəsində Talış kəndinin azadlığı, Şuşanın geri alınması və nəhayət, böyük Zəfər bütün şəhidlərimizin ruhunu şad etdi. Prezident İlham Əliyevin sözləri ilə:

"Biz bu zəfəri şəhidlərimizin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi ilə qazandıq".

Ziya Ağayevin də arzusu məhz torpaqlarımızın azadlığı idi. Vətən müharibəsində qazanılan qələbə onun da qələbəsi oldu.

lll

Bu gün Zirə qəsəbəsi öz qəhrəman övladının xatirəsini daim əziz tutur. Məktəblilər onun adını daşıyan məktəbdə böyüyür, həyat yolundan örnək götürürlər.

Nə qədər ki Azərbaycan var, nə qədər ki xalqımız var, Ziya Ağayev kimi şəhidlər xalqın qəlbində əbədi heykəl kimi yaşayacaq. Çünki onlar bir ömürlük tarix yazıb getdilər - qürurla, şərəflə, vətənpərvərliklə, qəhrəmanlıqla.

Əmim Ziya Ağayevin ölməz qəhrəmanlığı bizim üçün əbədidir. Onun qəlbini çuğlayan vətən sevgisi, göstərdiyi cəsarət və fədakarlıq gələcək nəsillər üçün işıqdır. Onun yolu bizə göstərdi ki, azadlıq hər birimiz üçün müqəddəsdir və o, hətta canımız, qanımız bahasına qorunmalıdır.

Qalib ölkənin qalib gənci olaraq fəxr edirəm ki, bu torpaqlarda böyüyürəm və şəhidlərin yolunu davam etdirirəm. Ziya Ağayev kimi qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, vətən sevgisi isə bizim əbədi sevgimiz kimi qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri