Icma.az
close
up
RU
Yuxular insanı gələcək qərarlara hazırlamağa kömək edir

Yuxular insanı gələcək qərarlara hazırlamağa kömək edir

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Yuxular insan şüurunun ən gizli və müəmmalı qatlarından biridir. Hər gecə milyonlarla insan yuxu görür, lakin onların mənası və yaranma səbəbi hələ də tam izah edilə bilmir. Elm və psixologiya bu mövzuya fərqli baxışlarla yanaşır: bir tərəfdən yuxular beyin fəaliyyətinin təbii nəticəsi sayılır, digər tərəfdən isə şüuraltının insanla danışma forması kimi qəbul olunur.

Missiya.Az bu barədə araşdırmasını təqdim edir.

Elm sübut edir ki, yuxular əsasən REM fazası adlanan yuxu mərhələsində yaranır. Bu zaman bədən dincəlir, lakin beyin aktiv şəkildə işləyir. Beyin gün ərzində toplanan məlumatları emal edir, hissləri nizamlamağa, xatirələri saxlamağa çalışır. Buna görə də yuxular çox vaxt gündəlik həyatla bağlı simvollarla dolu olur.
Psixoanalitik Ziqmund Freyd yuxulara xüsusi diqqət yetirərək onları “şüuraltının dili” adlandırırdı. Onun fikrincə, insanın bastırdığı arzular, qorxular və gizli istəklər yuxularda simvollar şəklində üzə çıxır. Məsələn, uçmaq azadlıq istəyini, yıxılmaq isə nəzarəti itirmək qorxusunu ifadə edə bilər.
Digər psixoloq Karl Yunq isə yuxuların təkcə fərdi deyil, kollektiv şüuraltı ilə əlaqəli olduğunu söyləyirdi. O hesab edirdi ki, bəşəriyyətin ortaq simvolları -su, işıq, qaranlıq, yol, uşaq kimi obrazlar yuxularda təkrarlanaraq insanın daxili dünyası ilə ümumbəşəri dəyərlər arasında körpü yaradır.
Müasir neyroelm yuxulara daha praktik baxır: alimlərə görə, yuxular emosional tarazlığı qorumağa, beynin yaddaş sistemini yeniləməyə və insanı gələcək qərarlara hazırlamağa kömək edir. Bu səbəbdən bəzən yuxuda yaşadığımız bir hadisə real həyatda bizi eyni vəziyyətə psixoloji cəhətdən hazırlaşdırır.
Bütün bu elmi və psixoloji izahlara baxmayaraq, yuxuların sirləri hələ də tam açılmayıb. Niyə bəzən yuxular gerçək kimi hiss olunur, niyə illərlə əvvəlki bir hadisə yenidən xatırlanır- bu suallar hələ cavabsızdır.
Bəlkə də yuxular, insan ruhunun özünə baxmaq, özünü anlamaq cəhdidir. Onlar sadəcə beyinin fəaliyyəti deyil, həm də şüuraltının səsi, ruhun gizli gündəliyidir. Hər bir yuxu bir mesaj, bir xəbərdarlıq və ya sadəcə daxili dünyanın səssiz etirafıdır.
İlahə Qənbərli
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://missiya.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri