Icma.az
close
up
RU
Yuxular sizin imtahanlarınız ola bilər İLAHİYYATÇI DANIŞDI

Yuxular sizin imtahanlarınız ola bilər İLAHİYYATÇI DANIŞDI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İlk növbədə demək istəyirəm ki, bir yalan yuxular, bir də doğru yuxular vardır. Bu yuxular görülmə vaxtları baxımından fərqlənir. Bu dediklərim adi insanlar, yəni imam yaxud peyğəmbər olmayan insanlara aiddir.

Bizim kimi insanların gördüyü yuxular, gecə yarısından sübh namazına qədər görülən yuxular doğru yuxular sayılır. Digər yuxular, yəni sübh namazından sonra görülən yuxular yalançı yuxular sayılır. Həmçinin sübh namazından sonra görülən yuxuları yozmaq və onlara etibar etmək olmaz. Eyni zamanda sübh namazından sonra görülən yuxular şeytani yuxular adlanır". Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib.

Onun sözlərinə görə, sübh namazından sonra görülən yuxular insanları həmişə düşündürür və kiməsə qarşı nifrət yaxud qəzəblə bağlı olur: "Həmçinin günorta namazına bir saat qalmış görülən yuxularda doğru sayıla bilər. Xüsusilə bəzi müqəddəs yuxuları insanlar həmin vaxt görür.

Bununla yanaşı o demək deyil ki, bütün yuxulara etibar etmək olar. Məsələn, bir insan yuxusunda atasının ona bütün mal-mülkünü miras qoyduğunu görür. Səhərisi gün hər kəsi başına yığır ki, məsələ bu yerdədir. Yəni həmin görülən yuxular gerçəkliyi əks etdirmir və sübut ola bilməz. Yalnız Allah tərəfindən verilən işarə kimi qəbul etmək olar".

İlahiyyatçı bildirir ki, bəzi yuxular həm də insanların imtahanı ola bilər: "Yəni Allah həmin yuxularda bəzi səhnələri onların imtahanları kimi əks etdirir. Bununla yanaşı insan sırf müqəddəs yuxular görür. Məsələn, bir şəxs yuxusunda Məkkəni görüb. Allah bunu onunla imtahan edir ki, həmin insan müqəddəs varlıq olduğunu dərk edə biləcəkmi, yoxsa yuxusunu gedib hər yerdə danışacaq ki, "Mən Allahın müqəddəs varlığıyam ki, Məkkəni yuxuda görmüşəm".

Lakin bu yuxunu görüb, şükür edən insanlar imtahanı keçmiş sayılırlar. Yəni bəzi insanlar şeytana aldanır, bəziləri isə daha da məsuliyyətli olmağı özünə borc bilirlər".

Fazil Əhməd bunu da qeyd edir ki, bəzi yuxular isə pis xəbərin işarəsi ola bilir: "Məsələn, bir insan səhər səyahətə getmədən öncə gecə yarısı pis yuxu görür və səhərisi gün səyahətə getmək istəmədiyini bildirir. Lakin bu o demək deyil ki, bütün 100 faiz bu gerçəkliyi əks etdirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri