Icma.az
close
up
RU
Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır İLAHİYYATÇI ALİM DANIŞDI

Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır İLAHİYYATÇI ALİM DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və bu ay müsəlman aləmində xüsusi hörmətə malikdir. Bu ay yalnız təqvimin başlanğıcı deyil, həm də mənəvi bir dönüş nöqtəsidir. Allah-Təala Qurani-Kərimdə bu ayı haram aylar sırasında qeyd etmişdir, yəni bu ayda tökülən hər bir qan günahların ən böyüyü sayılır və bu ay sülhün, mərhəmətin, təqvanın simvoludur". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, ilahiyyatçı olaraq mən həmişə deyirəm ki, Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır. Bu çağırışın adı Kərbəladır. Bu ayda biz tarixdə baş vermiş ən böyük fədakarlıqlardan birini yad edirik. İmam Hüseynin və onunla birlikdə olan ailəsinin, səhabələrinin haqq uğrunda şəhadəti bu ayı hüzn və ibrət ayına çevirib: "Kərbəla bizə göstərdi ki, haqlı olmaq üçün çox olmaq lazım deyil — qələbə bəzən canla yox, inancla qazanılır. Məhərrəmlik ayı bizə həm də özümüzə dönməyi öyrədir. Bu ayda əyləncədən uzaq durmaq, şənliklər keçirməmək, ruhumuzu təmizləmək üçün bir fürsətdir. İnsanlar bu ayda öz həyatına nəzər salmalı, mənəviyyatını artırmalı, daha çox dua, ibadət və sükut içində olmalıdırlar. Aşura günü isə İslam tarixində mühüm yer tutur. Bu gün oruc tutmaq savab sayılır. Peyğəmbərimiz də bu günü orucla keçirmiş və müsəlmanlara da tövsiyə etmişdir.

Məhərrəm ayı nəinki hüzn və xatirə ayıdır, eyni zamanda yenidən düşünmək, özümüzlə danışmaq, vicdanımızı dinləmək üçün bir çağırışdır. Bu ayda edilən hər bir yaxşılıq, hər bir dua, hər bir göz yaşı daha dərin mənaya malik olur. Çünki bu ay təkcə tarix deyil — bu ay ruhdur, əqidədir, sədaqətdir və ən başlıcası, insani dəyərlərin təntənəsidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri