Icma.az
close
up
RU
“Yüz ilin Naxçıvanı” kitabının təqdimatı olub AZƏRTAC

“Yüz ilin Naxçıvanı” kitabının təqdimatı olub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 14 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında "Şərq qapısı" qəzetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarovun “Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu bildirib. O qeyd edib ki, yubiley ilinə töhfə olaraq Əli Cabbarovun hazırladığı bu kitabda müəllifin muxtar respublikanın tarixi, həmçinin iqtisadi, sosial və mədəni inkişafı, eləcə də dövlət başçımızın apardığı uğurlu daxili və xarici siyasətlə bağlı “Şərq qapısı” qəzetində, www.mia.az  saytında və ABŞ-də çap olunmuş məqalələri toplanıb.

Universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayevin “Ön söz” yazdığı və ötən ilin dekabrında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş “Yüz ilin Naxçıvanı” adlı kitabda toplanmış məqalələrin əhəmiyyətinə, onların publisistik üslubuna toxunub.

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov, Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova və kafedranın baş müəllimi Günel İsayeva 100-ə yaxın elmi əsərin müəllifi olan Əli Cabbarovun iqtisadiyyat və turizm sahəsindəki uğurlu tədqiqatlarını diqqətə çatdırıb, ona yeni elmi və yaradıcılıq uğurları arzulayıblar.

Təqdimat tədbirində universitetin qocaman əməkdaşlarından fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev və Xarici dillər fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli Əli Cabbarovun elmi araşdırmaçı və jurnalist fəaliyyəti ilə bağlı gördüyü işlərdən danışıb, müəllifə yeni uğurlar arzu ediblər.

Şahbuz rayon Kükü kənd tam orta məktəbinin təqaüdçü müəllimi Yunis Quliyev ötən ilin onlar üçün də əlamətdar olduğunu, Kükü məktəbinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini, təqdimatı keçirilən bu kitabda həmin yubileylə bağlı beş məqalənin də yer aldığını diqqətə çatdırıb.

Universitetin Biologiya kafedrasının müəllimi, “Şərq qapısı” qəzetinin əməkdaşı Turan Məmmədli və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev 10 kitabın, 1400-ə yaxın publisistik yazının müəllifi olan Əli Cabbarova daha böyük uğurlar arzu ediblər.

Sonda tədbir iştirakçılarına təşəkkür edən müəllif səmərəli fəaliyyət üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, yeni kitabını oxuculara hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri