Icma.az
close
up
RU
“Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimatı olub AZƏRTAC

“Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimatı olub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 dekabr, AZƏRTAC

Milli Kitabxanada “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görən kitab görkəmli alim və pedaqoq, Cümhuriyyət və mətbuat tariximizin böyük tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxışında deyib ki, Şirməmməd Hüseynov Cümhuriyyət dövrünün, Azərbaycan müstəqillik tarixinin, eləcə də mətbuat tarixinin öyrənilməsində böyük rol oynayan görkəmli şəxsiyyətlərdən biridir. O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla toplayaraq abidə nəşrlər ortaya qoyub. Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından 150-dən artıq biblioqrafiya nəşr edib və məqsəd görkəmli şəxslərin xatirəsini yaşatmaqdır.

Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Şirməmməd Hüseynovun Azərbaycan müstəqillik mübarizələri və istiqlal düşüncəsinin salnaməçilərindən biri olduğunu söyləyib, unudulmaz alimin həyat yolundan və yaradıcılığından ətraflı bəhs edib. O, Şirməmməd Hüseynov kimi insanların millətin sərvəti oluğunu vurğulayıb. Bildirib ki, bu biblioqrafiya kitabı Şirməmməd Hüseynovun kimliyi barədə suala cavabın ən mükəmməl nümunələrdən biridir və böyük cəfakeş alimin xatirəsini əsrlərlə yaşadacaq bir abidədir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şirməmməd Hüseynovu bənzərsiz şəxsiyyət, fədakar mətbuat fəadisi və tədqiqatçısı, ustad müəllim kimi xarakterizə edib. Qeyd edib ki, Şirməmməd müəllim müstəqillik dövrünün elmi və siyasi publisistikasının yaradıcılarından, mətbuat tarixinin ən görkəmli tədqiqatçılarından biridir. O, 20 cildlik mətbuat tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Akademik biblioqrafiya kitabının Şirməmməd müəllimin yaradıcılığını araşdıranlar üçün mayak olacağını bildirib.

Tədbirdə Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli, Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüblər.

Çıxışlarda Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin yaradıcısı, ictimai fikir tarixinin, eləcə də Cümhuriyyət dövrünün araşdırmaçısı, tədqiqatçısı kimi xarakterizə olunub. Onun həm alim, həm də pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simalarının irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərdiyi vurğulanıb.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Şirməmməd Hüseynov-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

Sonda alimin ailəsi adından çıxış edən Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova tədbirin təşkilinə görə Milli Kitabxanaya, eləcə də biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov. Biblioqrafiya”nın tərtibçisi Lalə Şirinova, elmi redaktoru professor Kərim Tahirov, “Ön söz”ün müəllifi akademik Rafael Hüseynov, məsləhətçisi və redaktoru isə Ülkər Hüseynovadır. Biblioqrafiyada Şirməmməd Hüseynovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, alimin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Kitabda, həmçinin görkəmli alimin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan əsərləri də öz əksini tapıb. Yeni nəşr alimlər, tədqiqatçılar, mətbuat işçiləri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri