Icma.az
close
up
RU
Yüz milyonlarla insan kəskin su qıtlığı ilə üzləşə bilər

Yüz milyonlarla insan kəskin su qıtlığı ilə üzləşə bilər

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İqlim dəyişikliyi nəticəsində qarşıdakı 15 ildə dünyanın bir sıra bölgələrində, xüsusilə Aralıq dənizi hövzəsində, Afrika qitəsinin cənubunda və Şimali Amerikanın müəyyən hissələrində kəskin su qıtlığı yarana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Pusan Milli Universiteti alimləri Vekkia Ravinandrasana və Kristian Franzke “Nature Communications” jurnalında dərc etdirdikləri məqalədə bildiriblər. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, 2100-cü ilədək 750 milyon, o cümlədən şəhərlərdə yaşayan 470 milyon insan kəskin su qıtlığından əziyyət çəkə bilər.

Alimlərin yüksək emissiyalar şəraitində apardıqları simulyasiyalar göstərib ki, quraqlıq riski yüksək olan bütün regionların 35 faizində gələcək 15 ildə “sıfır saat quraqlığı” baş verəcək. Bu bölgələrə Afrikanın cənubu, Şimali Amerikanın bəzi yerləri, o cümlədən Kaliforniya və Texas ştatları, eləcə də bütün Aralıq dənizi hövzəsi daxildir.

Qeyd edək ki, bu anlayış ilk dəfə 2018-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində istifadə olunub. Şəhər həmin vaxt su ehtiyatlarının tükənəcəyi halda suyun normallaşdırılması üçün plan hazırlamışdı. Lakin həmin il yağışların çox düşməsi səbəbi ilə plan icra edilməmişdi.

Ekspertlərin sözlərinə görə, hətta qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olsa belə, yüz milyonlarla insan yenə də ciddi su qıtlığına məruz qalacaq. Aralıq dənizi ətrafı ölkələrdə mövcud su anbarları yaxın illərdə kifayət etməyəcək və ilk böhran zamanı onların 14 faizi tamamilə quruma riski ilə üzləşəcək. Ən çox təhlükə altında olan ölkələr sırasında İspaniya, Yunanıstan, Türkiyə, Əlcəzair və Mərakeş göstərilir.

Mütəxəssislər, həmçinin vurğulayırlar ki, quraqlıqlar arasındakı bərpa dövrləri getdikcə qısalır, bu isə anbarların yenidən dolmasına imkan vermir. Dünya Meteorologiya Təşkilatının ötən həftə yaydığı hesabatda da iqlim dəyişikliyi nəticəsində 2024-cü ildə qlobal su dövranının balansdan çıxdığı, quraqlıqlar və daşqınların eyni vaxtda bir çox regionlarda müşahidə olunduğu bildirilmişdi.

Alimlər insanların suya qənaət etməsini, yağış sularından istifadənin artırılmasını, təkrar istifadənin genişləndirilməsini və yeni su anbarlarının yaradılmasını təcili tədbirlər kimi zəruri hesab edirlər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri