Icma.az
close
up
RU
Yüzillik tərəfdaşlıq: Ukrayna hər il Britaniyadan 4 milyard avro pul alacaq

Yüzillik tərəfdaşlıq: Ukrayna hər il Britaniyadan 4 milyard avro pul alacaq

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Ali Radası Kiyevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yüzillik tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. 

Qaynarinfo xəbər verir ki, sənədin şərtlərinə görə, London Kiyevə 2031-ci ilə qədər hər il ən azı 3,6 milyard funt-sterlinq (4 milyard avrodan çox) dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürür. 

Müvafiq Qanun təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəni əlaqələri əhatə edən ikitərəfli əməkdaşlıq üçün yeni uzunmüddətli çərçivə yaradır. Bu sazişi hələ 2025-ci ilin yanvarında Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmer imzalayıb. O, hərbi dəstəyin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur - Böyük Britaniya Ukraynaya 2030/31 maliyyə ilinə qədər və ondan sonra ehtiyac olduqda hər il ən azı 3,6 milyard funt sterlinq dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürür.

Qeyd edək ki, sentyabrın 17-nə 1 funt sterlinq 1,16 avroya bərabərdir. Beləliklə, 3,6 milyard funt sterlinq təxminən 4,18 milyard avrodur.

"Bura Ukrayna hərbçilərinin təlimi, pilotların dəstəklənməsi, hərbi təyyarələrin tədarükü, müdafiə təyinatlı məhsulların, pilotsuz təyyarələrin, artilleriya istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin Birləşmiş Ekspedisiya Qüvvələri kimi birgə ekspedisiya qarşılıqlı fəaliyyət formatlarına cəlb olunması daxildir", deyə məlumatda bildirilir.

Saziş müdafiə komponentinə əlavə olaraq, enerji sahəsində, xüsusilə də yaşıl enerji və kritik minerallar sahəsində, ölkələr arasında texnoloji inkişaf, elmi tədqiqatlar, kənd təsərrüfatı texnologiyaları, pilotsuz təyyarələrin tikintisi, habelə mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlıq üzrə öhdəlikləri özündə əks etdirir.

Bundan əlavə, sənəd təhlükə və ya təcavüz zamanı tərəflər arasında məsləhətləşmələrin aydın mexanizmlərini və dəniz təhlükəsizliyinə yanaşmaları nəzərdə tutur.

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı "Telegram"da qeyd edib ki, saziş Ukraynanın Qərb dünyasına inteqrasiyasını və regional sabitlik mərkəzinə çevrilməsini ifadə edən unikal sənəddir.

"Böyük Britaniya üçün bu, Şərqi Avropadakı mövqelərinin, yeni bazarların möhkəmlənməsi və beynəlxalq hüququn və demokratiyanın keşiyində dayanan ölkə statusunun təsdiqidir. Dünya üçün isə bu, təcavüzün qurbanına çevrilmiş ölkəyə necə dəstək veriləcəyinə dair presedentdir. Həm də təkcə silahla deyil", deyə Zalujnı yazıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri