Icma.az
close
up
RU
Ukrayna Böyük Britaniyadan milyardlar alacaq

Ukrayna Böyük Britaniyadan milyardlar alacaq

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna hökuməti bu gün, iyunun 11-də əlavə silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt sterlinq (təxminən 2,2 milyard dollar) cəlb etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclası zamanı bildirib.

"Biz bu vəsaitdən Rapid Ranger Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin, eləcə də yüngül çoxməqsədli "Marlet" raketlərinin alınmasına sərf etməyi planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi və düşməni dayandırmaq imkanlarımızı xeyli gücləndirəcək", - deyə o bildirib.

Şmyhal əlavə edib ki, bu ay Böyük Britaniya dronların tədarükü üçün də rekord yardım elan edib. Söhbət 350 milyon funt sterlinqdən gedir ki, bu da Ukraynaya bu il 100 min pilotsuz uçan aparat ötürməyə imkan verəcək. "Biz ədalətli sülhü yaxınlaşdırmağa kömək edən bu qeyri-adi dəstəyə görə britaniyalı tərəfdaşlarımıza minnətdarıq", - deyə hökumət başçısı qeyd edib.

İyun ayında məlum olub ki, Kanada Ukraynaya 35 milyon Kanada dollarından (təxminən 25,5 milyon ABŞ dolları) artıq hərbi yardım verəcək. Bu məbləğin 30 milyon dolları “Coyote” və “Bison” zirehli maşınlarına, həmçinin Kanada şirkətlərinin tədarük etdiyi yeni texnika və sursatlara xərclənəcək. Qalan 5 milyon isə elektron müharibə dəstlərinə gedəcək.

Həmçinin iyunun əvvəlində Hollandiyanın müdafiə naziri Ruben Brekelmans ümumi dəyəri 400 milyon avro olan yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Paketə, xüsusən də hərbi gəmilər, qayıqlar və dəniz pilotsuz təyyarələri daxildir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see391

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see283

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see250

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see244

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see239

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see237

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see236

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see234

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see225

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see220

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see218

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see212

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see209

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see202

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see199

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see197

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see193

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see191

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see187

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri