Icma.az
close
up
RU
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi

Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İçərişəhər bu gün sanki tarixi filmin səhnələrindən birinə çevrilmişdi. Qədim küçələrdə milli geyimlərdə insanlar, rəngarəng parçalar, musiqi və milli rəqslər bir araya gəlmiş, şəhərə başqa bir dövrün ab-havasını gətirmişdi.

Azərbaycan geyim mədəniyyətinin müxtəlif dövrlərini və incəliklərini yaşadan "Milli Geyimlər Günü" çərçivəsində İçərişəhərin hər guşəsində fərqli bir mənzərə ilə qarşılaşmaq mümkün idi. Bir tərəfdə qədim geyim nümunələri, digər tərəfdə müasir dizayner kolleksiyaları, meydanlarda isə milli rəqslər və musiqi... Eyni zamanda, ölkəmizin müxtəlif regionlarının özünəməxsus milli geyimləri və zəngin folklor nümunələri ilə bu möhtəşəm bayrama qatılması tədbirin coşqusunu daha da artırmışdı.

Ən maraqlısı isə bu mənzərənin tamaşa deyil, hamının iştirak etdiyi canlı bir bayram olması idi. Qonaqlar, iştirakçılar, rəhbərlik və İçərişəhər sakinləri milli geyimlərdə tədbirə qoşularaq qədim şəhərin küçələrini sanki keçmişdən bu günə uzanan böyük bir səhnəyə çevirmişdilər.

Bir gün ərzində İçərişəhərdə tarixə baxmadım - elə bil tarixin özünün içindən keçdik.

Bakı Fotoqrafiya Evi, Qoşa Qala meydanı və Şirvanşahlar Sarayı Kompleksi boyunca sərgilər, elmi-praktiki seminarlar, milli rəqslər, tarixi və müasir geyim kolleksiyalarının nümayişi, ustad dərsləri və müxtəlif mədəni proqramlar bir araya gələrək əsl milli ruh bayramı yaradıb.

Günün ilk proqramı Bakı Fotoqrafiya Evində keçirilən elmi-praktiki seminarlarla başlayıb. Burada Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı, Səfəvi irsi, milli geyimlərin formalaşması və onların etnoqrafik xüsusiyyətləri barədə geniş məlumatlar təqdim olunub. Günay Çapay, Aytən Əsədova və Günel Rəhimlinin çıxışlarında mövzu müxtəlif elmi istiqamətlərdən işıqlandırılıb. Ardınca "Bir əsrin insanları" sərgisi ziyarətçilərin ixtiyarına verilib.

Qoşa Qala meydanında isə gün ərzində Azərbaycan milli geyimlərinin təqdim olunduğu geniş sərgi təşkil edilib. Ziyarətçilər "Tağıyev" filmində istifadə olunmuş tarixi geyim nümunələri ilə tanış olub, filmin tarixi dövrünü əks etdirən geyim kolleksiyasını izləyiblər. Meydanda milli rəqslərin ifası, etno geyim və musiqi təqdimatları, İçərişəhər sakinlərinin iştirakı ilə milli geyim nümayişi tədbirə xüsusi dinamika bəxş edib.

Yerli dizaynerlərin kolleksiyaları da tədbirin diqqətçəkən hissələrindən olub. Mehriban Xəlilzadə, Nərgiz Surxayeva və Günay Həsənovanın şəxsi kolleksiyaları nümayiş etdirilib. Eyni zamanda kəlağayının hazırlanması və istehsalı prosesi nümayiş olunub, "Araxçının məndədi" ustad dərsi keçirilib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin təqdim etdiyi milli rəqslər də proqramın rəngarəngliyini artırıb.

Axşam saatlarında Şirvanşahlar Sarayı Kompleksində keçirilən mərasim tədbirin kulminasiya anlarından birinə çevrilib. Protokol yürüşü və açılış nitqindən sonra folklor ansamblının çıxışı, milli rəqslər və müxtəlif geyim kolleksiyalarının təqdimatları baş tutub. Tanınmış modelyer-dizayneri, milli geyimlərin təbliği sahəsində mühüm xidmətləri olan Gülnarə Xəlilovanın zəngin milli geyim kolleksiyası, eləcə də Gülzadə Abdulovanın "Keçmişdən bu günə" kolleksiyası tamaşaçılara təqdim olunub. Xarici ölkələrin nümayəndə heyətlərinin və dünya xalqlarının geyim və rəqs nümunələri də gecəyə xüsusi rəng qatıb. Tədbir "Bakı Nəfəsi" multimedia tamaşası ilə yekunlaşıb.

Beləliklə, "Milli Geyimlər Günü" yalnız sərgi və təqdimatlardan ibarət tədbir kimi deyil, Azərbaycan milli geyiminin tarixdən bu günə uzanan yolunu, sənətkarlığını, estetik dəyərlərini və müasir yanaşmalarını bir araya gətirən böyük mədəni platforma kimi yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri