Icma.az
close
up
RU
“Z nəslinin inqilabı” 22 nəfər öldü, yüzlərlə yaralı var

“Z nəslinin inqilabı” 22 nəfər öldü, yüzlərlə yaralı var

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 8-də Nepalda sosial şəbəkələrin bloklanması etirazlara səbəb olub. İğtişaşlarla müşayiət olunan etirazların əsas hərəkətverici qüvvəsi gənclərdir.

Modern.az-ın məlumatına görə, iğtişaşlar zamanı 22 nəfər həlak olub, yüzlərlə yaralı var.

Nepalın baş naziri Şarma Oli ölkədə kütləvi etirazların qarşısını ala bilmədiyi üçün istefa verib.

“Z nəslinin inqilabı” adlanan etirazların başlamasına səbəb hökumətin "Facebook", "Instagram", "WhatsApp", "YouTube", "X", "Reddit" və "LinkedIn"ə qadağa qoymaq qərarl olub. Qərarla razılaşmayan gənclər küçəyə axışıb. Lakin etirazçıların əsas tələbləri bununla yekunlaşmayıb, onlar tezliklə korrupsiya əleyhibə şüarlar səsləndiriblər və hökuməti istefaya çağırıblar.

Gənclər uzun müddətdir korrupsiya, siyasi elitanın imtiyazlı həyatı və işsizlikdən narazılıq edirdilər. Sosial şəbəkələrin bağlanması isə stəkanı daşıran son damla olub. Hakimiyyət buna “dezinformasiya və fırıldaqçılıqla mübarizə” adı versə də, gənclər bunu söz azadlığının boğulması kimi qiymətləndiriblər.

Etirazçılar Katmanduda parlament binasına yürüş edərkən polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Qəzəblənən kütlə baş nazirin şəxsi evini və bəzi nazirlərin mülklərini yandırıb, dövlət binalarını dağıdıb. Katmandu hava limanı da yaxınlıqdakı yanğınlar səbəbindən bağlanıb.

73 yaşlı Oli prezident Ramçandra Paudelə ünvanladığı məktubda “ölkədə vəziyyəti sakitləşdirmək və siyasi yolla həll tapmaq” üçün istefa verdiyini bildirib. Prezident artıq yeni baş nazirin seçilməsi üçün danışıqlara başlayıb.

Etirazların təşkilatçıları hərəkatı “Z nəsli inqilabı” adlandırır. Onların fikrincə, bu hərəkat korrupsiyaya və hökumətin iqtisadi iflasına qarşı gənclərin üsyanıdır.

Nepalda 2008-ci ildə monarxiyanın devrilməsindən bəri siyasi sabitlik təmin edilməyib. Oli isə son 17 ildə dörd dəfə baş nazir kürsüsündə oturub. İndi isə ölkə yenidən qeyri-müəyyənlik və xaosa sürüklənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri