Icma.az
close
up
RU
Avropanı çalxalayan etiraz: Z nəslinin inqilabı niyə başladı?

Avropanı çalxalayan etiraz: Z nəslinin inqilabı niyə başladı?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropada etiraz aksiyalarının miqyası genişlənir.

Albaniyadan başlayan iştişaşlar Fransa, İtaliya, Belçika, İspaniya və Portuqaliyaya da yayılıb. Etirazların sosial narazılığın güclü olduğu Almaniyaya da keçməsi ehtimalı var. Siyasi müşahidəçilər daha çox gənclərin və yeniyetmələrin etirazları fonunda başlayan bu aksiyalara “Z nəslinin inqilabı” adını veriblər. Küçə nümayişləri zamanı ticarət mərkəzlərinin, dükan və marketlərin talan edilməsi də məhz gənclərin əməli hesab olunur.

Lakin baş verən hadisələrin ümumi təhlili aksiyalara Avropada getdikcə artan qiymət artımlarının səbəb olduğunu deməyə əsas verir. Bu isə yalnız gəncləri və ya Fransada olduğu kimi məktəbliləri deyil, bütövlükdə cəmiyyətin ayrı-ayrı kateqoriyalarını narahat edən problemdir.

Məsələn, Fransada  enerji qiymətləri inflyasiyanı idarə edən əsas amilə çevrilib. Sentyabr ayında ötən ilin müvafiq döğvrü ilə müqayisədə enerji bazarıənda qiymətlər 21,3 faiz artıb. Bu da öz növbəsində qida sektorunda bahalaşmaya səbəb olub.

Son illərdə Avropa İttifaqında qida və alkoqolsuz içkilərin qiymətləri əhəmiyyətli dərəcədə artdığı halda, Fransada minimum əməkhaqqının alıcılıq qabiliyyəti təxminən 4 faiz aşağı düşüb. Fransa Maliyyə Nazirliyi 2026-cı il üçün orta inflyasiyanın 2,1 faizdən ilin sonuna qədər 3,0-3,1 faizə qədər yüksələcəyini proqnozlaşdırır. Bu da Fransa hökumətinin 2027-ci ilin dövlət büdcəsi layihəsində ibtidai və orta təhsilin maliyyələşdirilməsi üçün ayırdığı 65,53 milyard vəsaitə mənfi təsir göstərə bilər. 

İtaliyada da benzinin və dizelin bahalaşması etirqazlara səbəb olub. Benzinin pərakəndə satış qiymətinin 2,159 avrodan 2,254 avroya, dizelin qiyməti isə 2,377 avrodan 2,50 avroya qədər qalxması yük avtomobilləri sürücülərini etiraz aksiyalarına başlamağa vadar edib. İtaliyanın cənubunda, xüsusilə Neapol yaxınlığında fermerlər bahalaşmaya qarşı çıxıblar. Milan, Turin, Bolonyada etirazçılarla polis arasında toqquşmalar baş verib. 

Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək  prezident və parlament seçkiləri ərəfəsində belə aksiyaların baş qaldırması hakimiyyətə ultrasağçı qüvvələrin gəlməsi üçün yeni siyasi imkanlar açır. Proseslərin belə davam etməsi son zamanlar regional geosiyasi münaqişələrin təsiri fonunda zəifləmiş Avropa İttifaqının dağılmasına səbəb ola biləcək vəziyyət kimi qiymətləndirilir.

Belçikada fransızdilli icma dövlət siyasətində daha üstün mövqeyə malik olduğundan Fransada baş verən aksiyalar bu ölkəyə tez təsir edir.  Ona görə də post-Makron dövründə ifrat sağçıların hakimiyyətə gəlməsi Avropa İttifaqının siyasi mərkəzi hesab olunan Belçikada vəziyyəti dəyişə bilər. 

Əslində, Avropada sosial narazılığı yaradan səbəblər daha çox Ukraynada və Yaxın Şərqdə davam edən müharibələrlə bağlıdır. Rusiyaya qarşı sanksiyalar və Hörmüz boğazının bağlı qalması Avropada yalnız enerji daşıyıcılarının deyil, həm də sənaye və ərzaq məhsullarının da qiymətlərinə təsir göstərib. Digər bir problem isə Avropa İttifaqı ölkələrinin son vaxtlar Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün müdafiə xərclərinin artırılmasına daha çox diqqət yetirməsi ilə bağlıdır.

Ukraynadan və Yaxın Şərqdən  milyonlarla miqrantın Avropaya yayılması mənzillərin və yaşayış xərclərinin bahalaşmasına səbəb olub. Məhz bu səbəbdən İtaliyadakı nümayişçilər “Müharibə üçün yox, məktəblər üçün pul” şüarını səsləndiriblər. Niderlandda isə etirazçılar hökumətdən müharibə isteriyasına son qoymağı tələb ediblər. 

Qeyd edək ki, bu, 2017-2018-ci ildə Avropada baş vermiş proseslərin yeni forması kimi şərh oluna bilər. Belə ki, 2016-cı ildə ABŞ-də Donald Trampın ilk dəfə prezident seçilməsi Avropada ifrat sağçıların fəallaşması, bəzi ölkələrdə seçkilərdə qalib gəlməsinə gətirib çıxartmışdı.

Paralel olaraq, Avropa İttifaqından imtina çağırışları Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına, İtaliyada “İtalexit”, Fransada “Frexit” hərəkatlarının baş qaldırmasına, Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativlər” Partiyasının yerli seçkilərdə qalib gəlməsinə səbəb olmuşdu.

Lakin sonrakı mərhələdə Fransa, İtaliya, Almaniya kimi ölkələrdə Avropa ittifaqı tərəfdarlarının hakimiyyətə gəlişi, 2020-ci ildə isə Donald Trampın prezident seçkilərində məğlubiyyəti birliyi qorunub saxlanılmasında mühüm rol oynadı.

Ona görə də baş verən aksiyaların real nəticələri Fransa, İtaliya, İspaniya, Portuqaliyada keçiriləcək seçkilərin nəticəsindən və Almaniyada Mertsin hakimiyyətdə nə qədər  qalmaq bacarığından asılı olacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Avropa etiraz

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri