Icma.az
close
up
RU
Zabelin RusiyaUkrayna müharibəsi haqda a DANIŞDI

Zabelin RusiyaUkrayna müharibəsi haqda a DANIŞDI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Düşünürəm ki, elə adam yoxdur ki, Rusiya ilə Ukrayna arasında baş verənlərə görə təəssüflənməsin".

Bunu Modern.az-a açıqlamasında Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.

O, deyib ki, türkiyəlilərlə azərbaycanlılar kimi, ukraynalılarla ruslar da bir millətdir: 
“Rusiya və Ukraynanın ortaq tarixi, ortaq dili var. Bu iki xalq bir-birindən fərqlənmir. Mən də həmçinin Ukrayna ilə Rusiya arasında baş verənlərə görə çox təəssüflənirəm. Amma həmişə deyirəm ki, Azərbaycandan, Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın düzgün siyasətlərindən nümunə götürmək olardı. Məhz onların yürütdüyü xarici və daxili siyasət Azərbaycanın başqa dövlətlərlə münasibətləri baxımından mühüm rol oynayır. Prezidentimiz hər şeydən əvvəl cəmiyyətimizin stabilliyini, millətimizin rifahını düşünür. Sözsüz ki, bunun sayəsində biz dövlətimizin iqtisadi, mədəni və sosial inkişafını görürük. Xalqın rifahının, rahatlığının təmin edilməsi hər bir dövlət orqanı işçisinin prioritetidir. Çoxlu fərqlərimiz olmasına baxmayaraq, hətta bəzən Rusiya və Azərbaycan hökumətləri arasında kəskin münasibətlər də yaransa, Azərbyacanda rus dili qadağan edilməyib. Azərbaycanda rus dilinin öyrənilməsi üçün böyük  və müsbət şərait, rusdilli məktəblər var. Buna görə də Azərbaycan ortaq tarixi keçmişimizi və bu günümüzü unudan ölkələrə nümunə ola bilər”.
 

Deputat vurğulayıb ki, müharibə hər iki ölkənin - Rusiya və Ukraynaın sosial-iqtisadi inkişafına da böyük zərbə vurur:
“Rusiya və Ukraynada xeyli insan bu müharibəyə görə həyatını itirdi. Ölənlər arasında yeni ailə həyatı quracaq mükəmməl gənclər də var. Buna görə də tez bir vaxtda müharibə dayandırılmalı və həm Rusiya, həm də Ukraynda sülh yaranmalıdır. Sülh danışıqlarına dair bir sıra çağırışların olmasına baxmayaraq, Ukrayna prezidenti dünyaya açıqca elan etdi ki, sülh masasına oturmayacaq. Düşünürəm ki, çoxlu səhvlərə yol verilib. Elə bir an gəlib ki, danışıqlar masasına əyləşildikdə Rusiyanın hansı tələblər irəli sürəcəyini demək çətindir. Ukrayna Rusiyanın təklifləri ilə razılaşmaq istəmir.  Amma əvvəl-axır hər iki ölkə  sülh masasına əyləşəcək və ölümcül müharibəyə son qoyulacaq. Biz sadəcə, bunun daha tez baş tutmasını arzulaya bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri