Icma.az
close
up
RU
Zaha MLS də də azarkeşlərlə yola getmir

Zaha MLS də də azarkeşlərlə yola getmir

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Uilfrid Zaha karyerasının çətin dönəmlərini yaşamaqda davam edir.

"Football-plus.az'' xəbər verir ki, təcrübəli futbolçu İngiltərədən ayrıldıqdan sonra hələ ki, heç bir klubda ümidləri doğrultmur. ''Qalatasaray'' karyerası cəmi bir il çəkən, bu mövsümün əvvəlində icarə əsasında ''Lion''a transfer olunan, amma qışda ABŞ təmsilçisi ''Şarlott''a keçməyə üstünlük verən Zaha yenə futboldankənar olaylarla diqqət mərkəzindədi.
Fransada həm fanatlar, həm də baş məşqçi ilə yola getməyən 32 yaşlı vinger Amerikada da buna bənzər problemlər yaşayır. Son turda ''Şarlott''un evdə ''Nyu İnqlend''ə minimal hesablı məğlubiyyətinin ardından Zahanın fanatlarla arası dəyib. O, öz səhifəsində bununla bağlı etdiyi paylaşımda narazılığını bu sözlərlə dilə gətirib:

''Həmişəki kimi komanda uduzursa, günahkar Zaha olur. Dribblinq edəndə paxıl oluram. Sadə oynayanda mənə görə ödənilən pulun qarşılığını vermirəm. Zərbə vuranda ötürmə verməliydim, ötürmə verəndə zərbə vurmalı idim... Bütün fürsətləri də qola çevirməli idim... Adətən belə axmaq şeylərə cavab vermirəm. Amma artıq ''qurbanlıq qoyun'' olmaq istəmirəm. ''Zaha elədi'', ''Zaha belədi'' deyirsiz, amma komanda tarixinin ən yaxşı startını reallaşdırmışdı. Hətta liderliyə də yüksəlmişdik. Artıq məndən əl çəkin''.


Qeyd edək ki, yanvarda ''Lion''la icarə müqaviləsini qarşılıqlı şəkildə ləğv edən, eləcə də ''Qalatasaray''dan almalı olduğu 2,3 milyon avrodan imtina edən Zaha icarə əsasında ''Şarlott''la birillik müqavilə imzaladı. O, indiyə qədər bu klubda forma geydiyi 8 qarşılaşmada 2 qol vurub. Şərq konfransında mübarizə aparan ''Şarlott'' 10 oyuna topladığı 19 xalla 4-cü pillədə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri