Icma.az
close
up
RU
Zahid Oruc: “Daxili Qoşunlar dövlətçiliyimizin təhlükəsizlik sütununa çevrilib”

Zahid Oruc: “Daxili Qoşunlar dövlətçiliyimizin təhlükəsizlik sütununa çevrilib”

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Daxili Qoşunların yaradılması müstəqilliyimizlə yaşıd olsa da 90-cı illərin xaosundan xalqımızı xilas edən Ulu öndər Heydər Əliyevin rəsmiləşdirdiyi 12 mart 1995-ci il tarixi mühüm dönüş anıdır.
Bir tərəfdə əraziləri işğal olunan və 1 milyon məcburi köçkünün humanitar faciəsi, digər yanda hərbi və kriminal qrupların, etnik separatçıların tüğyan etdiyi bir ölkədə daxili sabitliyin təminatı bir nömrəli vəzifə idi”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O qeyd edib ki, əvəzində sovet milis serjantlığından polkovnik ali hərbi rütbəsinə çatdırılan şəxsi Daxili Qoşunlara rəhbər təyin edən Cəbhə hakimiyyəti Gəncədə süquta uğrayanda qurumun komandanı meydandan qaçdı:
“Ermənistanla döyüş cəbhəsində qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsi də sonralar silahı dövlətə qarşı çevirdilər. Anarxiyaya son qoymaq üçün Sistem adamı olan Heydər Əliyev təkcə Milli Təhlükəsizlik orqanlarını deyil, o cümlədən, Naxçıvanda uğurla sınaqdan çıxardığı dövlətə sadiq Daxili İşlər Nazirliyi strukturunda Daxili Qoşunları gücləndirməklə nəinki əminamanlğı təmin etdi, o cümlədən, xaricdən yönəldilən sui-qəsdləri və terror aktlarını da qətiyyətlə durdurdu. O vaxt Ulu öndərə qarşı silahlı təxribatlar, o cümlədən,  görkəmli dövlət və elm xadimlərinin qətlləri dövlətə qarşı atılan güllələr idi. Daxili Qoşunlar on minlərlə milli polis qüvvələrimizlə çiyin-çiyinə Azərbaycan dövlətçiliyini qorudu, Konstitusion quruluşun və daxili iğtişaşların qarşısının alınmasına mühüm töhvələr verdi.  2003-cü ilin dövlətçilik imtahanı zamanı-Azadlıq meydanına və dövlət orqanlarına hücum edən qərargah birliyi-Cəbhə-Müsavat qanlı inqilabının dəf edilməsində də xalqın iradəsi, Daxili İşlər Orqanlarının qətiyyəti ilə dövlətimiz yenidən qalib gəldi.  Milli Məclisin müzakirəsinə çıxarılan “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsi Zəfərimizin birbaşa nəticəsi, yeni dövlət quruculuğu siyasətinin bariz nümunəsi, qlobal təhlükələr və çağırışlar dövründə Silahlı Qüvvələrin və Hüquq-Mühafizə Orqanlarının dəqiq statusu, vəzifələri və səlahiyyətlərini müəyyənləşdirməyə xidmət edir”.
Millət vəkili əlavə edib ki, Cənubi Qafqazda son hadisələr, Gürcüstanda toqquşan dövlətlərin savaşı geniş coğrafiyaya yaymaq niyyətləri, o cümlədən, Ermənistanla sülh müqaviləsinə qarşı planlar bütün dövlət orqanlarının çevik və koordinasiyalı fəaliyyətini tələb edir:
“Azərbaycanın regional təhlükəsizlik arxitekturasında aparıcı  rolunun qarantı kimi çıxış edir. Sənəddə daxili qoşunların səlahiyyətləri, struktur və məsuliyyət  dairəsi  konkretləşir, müstəsna hallarda daxili qoşunlara verilən polis funksiyalarının icrası, məlumatların məxfiliyi, güc tətbiqinin çərçivələri beynəlxalq hüquqi sənədlərlə uzlaşır. Avropa İnsan Hüquqları Konvensiyası, BMT-nin Hüquq-Mühafizə Orqanları üçün Etik Davranış Kodeksində olduğu kimi güc tətbiqi yalnız son çarə kimi, zərurət və mütənasiblik prinsiplərinə uyğun aparılır. Zorakılıq deyil, hüquq əsaslı müdaxilə nəzərdə tutulur.
İctimai nəzarət üçün Ombudsman və vətəndaş cəmiyyətinin rolu tanınır.
Azərbaycan Daxili Qoşunları ictimai aksiyaların təhlükəsizliyinin təmini, fövqəladə hallarda dövlət maraqlarının müdafiəsi və hüquqazidd hərəkətlərin qarşısının alınması kimi əsas vəzifələrə malikdir.  Daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Ona görə də Daxili qoşunlar hesabatlıdır, üzərində yüksək dövlət nəzarəti mövcuddur.
Təkcə milli kontekstdə deyil, regional və beynəlxalq təcrübə ilə müqayisə aparsaq, qardaş Türkiyə Jandarmeriyası ölkənin kənd və qəsəbələrində təhlükəsizliyi təmin edir, Milli Müdafiə və Daxili İşlər Nazirliyi arasında xüsusi statusa malikdir.
Fransa Milli Jandarmeriyası da həm hüquq mühafizə orqanlarının funksiyalarını, həm də hərbi qüvvə kimi hərbi vəzifələri icra edir. Onlar xüsusi əməliyyatlar keçirir və fövqəladə hallara cavab verirlər. 
Göründüyü kimi, hər bir ölkənin daxili qoşun və yarımhərbi strukturları öz milli xüsusiyyətlərinə, coğrafi və təhlükəsizlik tələblərinə uyğun formalaşır.  Digər bir göstəriciyə görə, MDB, Türkiyə və Şərqi Avropa ölkələrində daxili qoşunların şəxsi heyətinin sayı qardaş Türkiyədə 50,000 nəfər, əhalinin 100,000 nəfərinə 59 nəfər, Rusiyada 340,000, əhalinin 100,000 nəfərinə 236 nəfər düşdüyünü görürük. Azərbaycanda daxili qoşunların sayı 19,000 nəfərdir, əhalinin 100,000 nəfərinə düşən say isə 188-dir. Şəxsi heyət, silah və texniki təchizat, təlim səviyyəsi və əməliyyatlara hazırlıq, mərkəzləşmiş idarəetmə və koordinasiya qabiliyyətinə görə ölkəmizin Daxili qoşunları təkcə regionumuzun deyil, Müstəqil Dövlətlər və Şərqi Avropada  ön  cərgələrdə dayanır. Müharibə təcrübəsi olan, əməliyyatlara çevik reaksiya verən, döyüş şəraitində sınaqdan çıxan qüvvələr sabitliyin qarantıdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan-qalib Orduya, güclü Daxili İşlər sisteminə, çevik Dövlət Təhlükəsizliyi və Sərhəd Xidmətinə malikdir.
Təhlükəsizlik bir bütövdür-onu yalnız güclü qurumlar birgə qoruya bilər.
Yekunda bir daha layihəni təkcə hüquqi akt deyil, Qələbəmizin davamlılığını təmin edən institusional islahat və Böyük qayıdışın təhlükəsizliyə söykənən sütunu kimi qiymətləndiririk”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see166

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see135

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see132

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see127

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri