Icma.az
close
up
RU
Zahid Oruc: Dövlətimiz peşə təhsilinə investisiya qoyur

Zahid Oruc: Dövlətimiz peşə təhsilinə investisiya qoyur

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dövlətimiz azad torpaqlara dönəcək 100 minlərlə insanın peşə təhsili xərclərini üzərinə götürməklə millətimizin gələcəyinə investisiya qoyur, uzun illər işğal altında olan torpaqların dirçəldilməsi və ölkəmizin bütün bölgələri ilə inteqrasiyası üçün əhəmiyyətli təməllər formalaşdırır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat xatırladıb ki, ölkəmizdə 84 peşə təhsili üzrə 134 ixtisasa qəbul aparılır.

Onun sözlərinə görə, hər il orta məktəbi bitirən məzunların dəyişkən olmasına rəğmən 120 minə yaxın olduğunu nəzərə alsaq, peşə təhsilindəki tələbələrimizin xüsusi çəkisi ümumi tərkibin cəmi 10 faizini təşkil edir.

“Xanımlarımızın peşə təhsilində çəkisi isə 36 faiz olduğunu bilərək, ölkəmizin əmək bazarında gender mütənasibliyinin qorunub saxlanılmasına müsbət təsir edir”.

Z.Oruc qeyd edib ki, bütün bölgələrimizdə məşğulluğun təminatı üçün birinci növbədə gərək olan ixtisaslı, peşəkar kadrların məhz azad torpaqlarımızda yaradılması gələcəkdə dayanıqlı məskunluğun təmini deməkdir.

“Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir. Belə ki, gələn ilin sonuna azad torpaqlara qaytarılacaq əhalinin  peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Gələcəkdə azad torpaqlarda formalaşacaq kiçik və orta sahibkarlığın , yaxud güclü sənaye müəssislərinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır. Ona görə də hazırda dövlətin qayığısını zamanın çağırışıdır və biz sürətlə bir sıra mühüm vəzifələri həll etməliyik”.

Millət vəkili söyləyib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi məzunların 20 fazinin təhsil alarkən işlə təmin olunduğunu qeyd edir. Digər tərəfdən, ötən ilki 13000 məzundan 30 faizə qədəri iş tapa bilib. Əmək bazarının sürətlə dəyişdiyini nəzərə alsaq, xüsusilə aviasiya, elektron texnikası mühəndisləri, İT sahəsi, o cümlədən, müasir smart naviqasiya sistemləri üzrə mütəxəssislərə dərin ehtiyacı qarşılamq mümkün olmayıb.

“Bütün zəif oxuyan öyrəncilərimizi peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik. Hər bir ölkənin milli təhlükəsizliyi içərisində məhz xaricdən deyil, milli kadrları hesabına idarəetmə və əmək bazarınının ehtiyaclarını qarşılaya bilməsidir. Ona görə də sözügedən qanun geniş təbliğ olunmalı, Nazirliyə hər cür dəstək göstərilməlidir”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri