Icma.az
close
up
RU
Zahid Oruc: “Əli Kərimlinin pasportu yoxdursa, heç olmasa Ağdama gedərdi...”

Zahid Oruc: “Əli Kərimlinin pasportu yoxdursa, heç olmasa Ağdama gedərdi...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Avropa Parlamentinin  18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır. 

Qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri qeyd edib ki, Xalq Cəbhələri ikinci dünya müharibəsindən əvvəl faşizmə qarşı silah kimi yaradılıb, daha sonra sovetləri iflasa uğratmaq üçün alət olub, indi isə müstəqil ölkəmizə qarşı tətbiq olunur:

“Faktiki olaraq, 90-cı illərdə hakimiyyətə gətirilən belə qüvvənin üzərindən bir vaxtlar Qorbaçovdan ermənilərə müstəqillik tələb edənlər sonra məhz AXC-nin etnik barışmazlıq siyasətini əldə bayraq edib Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etdilər. 

İndi heç bir tərəfdar gücü olmayan bir siyasi qüvvənin adı ilə qəbul edilən qərar faktiki ölkəmiz üzərində quurlan prokuror və hakim davranışının göstəricisi, ölkəmizin müstəqil məhkəmə sisteminin qəbul edilməməsi deməkdir..

ABŞ-ın tariixndə heç bir lider Donadl Tramp qədər Azərbaycan liderinə heyranlığını ifadə etməyib, özünün sosial paylaşımlarında açıq simpatiya göstərməyib, USAİD kimi qurumların adı yumşaq, mahiyyətcə sərt güc-rejim dəyişdirmə əməliyyatlarının ifşası nəticə etibarilə ölkəmizə qarşı təzyiq imkanlarını tükədib, indi hansı metodla geosiyasi təsir qazanacaqlarını bilmirlər.

8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu. Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imeriya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır”. 

Z.Oruc qeyd edib ki, hakimiyyət çevrilişinə hansı ölkənin dəstək verdiyi ortada olduğu halda indi guya Ukrayna məsələsində qlobal koalisiya quranlar Azərbaycan məsələsində dövlət çevrilişinə dəstək verirlər:

“İndi rəsmi Kiyevin bizim xalqımız üzərində aparılan 30 illik möhtəkirlik kampaniyalarının guya 51 dövlətlə Rusiyaya qarşı deyil, hakimiyyəti dəyişdirməyə çalışanların yanında olmaqla qalib iqtidarı nə üçün süngü qarşıladıqlarını göstərirlər. Qələbəmiz həmçinin, Avropa Parlamentinin üzərində qazanılıb.
Eva Kaylin adlı vitse przidentin korrupsiya üstündə həbsi siyasi lobbimizn bütün prinsiplərə zərbə vurduğunu göstərir..

Siz bir zəngilanlının, yaxud kəlbəcərlinin lehinə qərar, yaxud onların evlərini tikintisinə bir sent yardım etməmələri yüksək ideallar haqda bəlagətli nitqləri ifşa edir. Bir vaxtlar Marşal planı ilə dağılmış Avropanı quranlar indi insan haqları adı altında 20 faiz ərazidə bir tikiliyə yardımçı olaraq, qurucu  Qərb mütəfəkkirlərinin ruhunu şad etmək istəmirlər. 

2 dekbarda Ermənistanda Qarabağ danışqılarına dair keçmiş sənədlər ictimaitıətə açıqlandı və üzə çıxdı ki, Ali Baş Komandan bağlı qapıları necə açıb, bütövlüyümzü üçün necə diplomatik siyasi döyüşüb...Əvəzində Minsk Qrupu bölgəni sümürmək üçün hansı təklifləri irəli sürüb”.

Zahid Oruc bildirib ki, Əli Kərimli pasporta malik deyilsə, heç olamasa daxildə bircə dəfə Ağdama getsəydi, göstərərdi ki, Qərbin yeni Vətən quruculuğuna münasibətində tələdə yem kimi iştirak etməsin:

“Qarabağ təkcə daxildə siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin əlindən çıxmayıb, həm də beynəlxalq dairələrin Cənubi Qafqaz üzərində apardıqları “zəif bənd” siyasətini mümkünsüz edir. Ona görə də belə qətnamələr ölkəmizi seçdiyi yoldan döndərə bilməz.

Qətnaməni oxuyarkən, Almaniyanın müdafiə naziri Boris Pistoriusun müsahibəsində dediyi bir ifadə Strasburq və Brüsselin məqsədlərini tam faş etdiyini göstərir. O deyir-Avropanın təhlükəsizliyi üçün Ukrayna müharibəi davam etməlidir..Belə sinizmin və acımasızlığının parlaq nümunəsi .az görünür. Deməli, bir millətin faciəsi qoca qitənin maraqlarına yarayır.

Frans Xalq Cəbhəsini təmsil edən Marin li Penin ağır sanksiyaya məruz qalmasına həmin Parlamentin dəstək vermədiyi halda ölkəmizə qarşı belə əl atması prinsiplərin deyil, məhz mənafelərin üstün tutulduğunu növbəti dəfə təsdiqləyir. Qətnamələr Qələbəmizi əlimizdən ala bilməz”.  

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri