Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 fevral, AZƏRTAC
Ölkəmizin ehtiyacı hazırda hüquqşünas və ya iqtisadçılardan çox, süni intellekt mühəndisi, data analitiki və kibertəhlükəsizlik mütəxəssisinədir. Əgər biz elmdə və rəqəmsal sistemlərdə “xüsusi təyinatlı” kadrlar formalaşdırsaq, Qələbəmizi gələcəyin rəqabətində də qoruya biləcəyik. Xaricə göndərilən hər bir tələbə Azərbaycanın texnoloji suverenliyinin strateji investisiyası kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda keçirilən Respublika elmi konfransında söyləyib.
O bildirib ki, Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Ermənistan və Gürcüstan eyni coğrafiyada yerləşsələr də, süni intellekt sahəsində fərqli strategiyalar, müxtəlif sürət və ayrı siyasi seçimlər nümayiş etdirirlər.
Azərbaycan sistemli və hüquqi çərçivəyə əsaslanan yol seçib. 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsi onu göstərir ki, dövlət süni intellekti yalnız texnoloji trend olduğu üçün deyil, milli inkişaf aləti kimi dəyərləndirir. Ona görə də Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir dünyada dövlətlərin gücü yalnız resurslarla deyil, texnologiya, innovasiya və bilik iqtisadiyyatı ilə müəyyən olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 11 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















