Icma.az
close
up
RU
Zahid Oruc: “Prezidentə ünvanlanan təbriklərin dili dəyişib”

Zahid Oruc: “Prezidentə ünvanlanan təbriklərin dili dəyişib”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Liderin tarixdə yeri təkcə öz xalqının ona verdiyi qiymətlə ölçülmür. Əsl meyar başqa millətlərin, o cümlədən digər dövlət başçılarının ona münasibəti ilə müəyyənləşir.

İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu.

İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib Prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib. Çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib. Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır: Ruzvelt dövrü. Çörçill dövrü. İlham Əliyev dövrü”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

“O, Birinci katibin övladı, imperiyanın üçüncü adamının oğlu, Prezidentin siyasi varisi olmasına baxmayaraq, sadə xalqın arzularının daşıyıcısı, əli qabarlı insanların ümidlərinin ifadəçisi oldu.

İlham Əliyev yüz illərin “kimdir günahkar”, dilemmasını tariximizdən sildi, nəsillərarası  günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras edirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq.

90-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlar üzərində, faktiki ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər”, - deyə Z.Oruc bildirib.

Z.Oruc qeyd edib ki, 2024-cü ildə rus hərbi kontingentinin müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilən qrafiklə, vaxtından bir il əvvəl torpaqlarımızı tərk etməsi 1-ci Pyotrdan sonra Qafqazda tək nümunədir:

“İlk dəfədir, xarici hərbi qüvvələr qalib və suveren dövlətin siyasi iradəsi ilə çıxarılır. Bir vaxtlar İkinci Dünya müharibəsindəki qəhrəmanlığımızdan danışarkən deyirdik: 

“Azərbaycan oğulları Qafqazdan Berlinə qədər şərəfli yol keçib”. Lakin 30 il öz torpaqlarımıza gedə bilmirdik. 
Biz indi istənilən Avropa paytaxtına Zəngilandan, Füzulidən uça bilirik. Torpaqlarımız kimi, hava məkanımız da azaddır. 

Müharibədən sonrakı dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni Vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülki Ali Baş Komandanı odur.

İndi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir. İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir - biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik.

O, İrəvanda kilsə, dövlət və diaspora üçlüyünə söykənən dini-siyasi ayinləri də sülh duaları ilə əvəzlətdirib.
Azərbaycan liderləri Qafqazda zəif olanda, həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur!

Qələbənin simvoluna çevrildiyi üçün, İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən  beynəlxalq siyasi qiymətdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri