Icma.az
close
up
RU
Zahid Oruc Prezidentin əfv sərəncamından danışdı

Zahid Oruc Prezidentin əfv sərəncamından danışdı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Prezident İlham Əliyev tərəfindən bu səhər saatlarında imzalanan sayca 71-ci əfv sərəncamı humanizmin, dövlətimizin ədalətli mövqeyinin və vətəndaşlara münasibətdə uzun onillər nümayiş olunan xoş məramın ifadəsi idi”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc “Cebheinfo.az”-a açıqlamasında deyib.O bildirib ki, bunu Respublika Gününün elan olunduğu günün ərəfəsində elan etmək də mühüm dövlətçilik hadisəsidir:

“Artıq bu il 30-cu il yubileyini qeyd etdiyimiz əfv siyasəti 1990-cu illərin ən ağır dövründə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonrakı dövrdə gerçəkləşməyə başlayıb.Həmin dövrdə daxildə xaos anarxiyanın hökmranlıq etdiyi zamanda, xüsusilə də silahlı qruplara münasibətdə belə addımların atılması o qədər də asan deyildi.

Lakin ölkə rəhbərinin o dövr üçün verdiyi qərarın nə qədər xoşməramlı və millətin mənafelərinə xidmət edən həmrəylik mühitini bərqərar etmək üçün olduğu sonrakı illərdə təsdiqini tapdı”.

Deputat qeyd edib ki, 220 insana şamil olunan əfv sərəncamı 175 azadlıqdan məhrum edilmiş şəxsin cəzasının tam hissəsinin bağışlanması deməkdir:

“25 azadlıqdan məhrum edilmiş şəxs cəzasının yarı hissəsindən azad olunacaq. Yerdə qalan azadlığın məhdudlaşdırma cəzası alan 20-yə yaxın şəxsin ya cəzasının hamısı, ya yarısı, ya da islah işləri cəzaları bağışlanıb.Hesab edirəm ki, bu, təkcə 220 ailəyə deyil, bütövlükdə cəmiyyətə verilən mesajdır. Ölkə rəhbəri hər zaman yürütdüyü siyasətin əsas mərkəzində Azərbaycan vətəndaşlarının gələcəyi, azadlığı və hüquqlarının qorunması dayanır.

Xüsusilə də Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünü qeyd etmədən əvvəl verilən bu qərar milli həmrəyliyi qoruyub saxlamağa xidmət edir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, 7 iclasdan sonra əfv sərəncamı imzalandı:

“Hər iclas 4-5 saat davam edirdi. Əfv Komissiyasının sədri Samir Nuriyev iclaslarda hər bir şəxsin mövqeyinə geniş meydan verdi. Bu isə ədalət meyarlarının həqiqətən çox düzgün formalaşmasına səbəb olurdu.

Yəni şəxsin cəzaçəkmə müəsisəsində məhkum olunduğu dövrdəki davranışları, islah olunması, azadlığa çıxdıqdan sonra ictimai təhlükəli olmaması, ailə vəziyyəti, Vətən müharibəsi iştirakçısı və ya şəhid ailəsi ilə əlaqəli olması kimi meyarların hər biri nəzərə alındı. Azadlığına qovuşan insanların hər birinin ona layiq olduğunu düşünürəm. Dövlətimiz tərəfindən verilən bu qərar tam əsaslıdır”.

Zahid Oruc siyasi fəaliyyətə bağlı olan hansısa şəxslərin əfv sərəncamında adının olub-olmamasını ətrafında kampaniya təşkil etməyə çalışanlara da cavab verib:

“Dövlətin bu cür qərarını bu və ya digər formada qeyri-obyektiv şəkildə qiymətləndirmək qəbuledilməzdir.Məhkumlar arasında bərabərsizlik işarəsi qoymaq olmaz. Əslində bu kampaniyanı aparanların mövqeyi siyasidir. 

Bu gün adı siyahıda olan hər bir şəxsin ailələri, doğmaları və cəmiyyət sevinir.Bunun yaxşı qiymətləndirilməsi və minlərlə müraciətin olması Əfv komissiyasının şəffaf fəaliyyətinə olan etibarın təzahürüdür. 

Əfv olunan insanların hüquqlarına hörmətlə yanaşmaq lazımdır. Ona görə də biz bu qərarı yüksək qiymətləndiririk.Ümumilikdə indiyə qədər imzalanan 71 əfv sərəncamı nəticəsində 10 mindən çox insan azadlığına qovuşub.Müxtəlif illərdə verilən amnistiya qərarlarını ilə bu say daha da artaraq onmillərə çatır. Yəni indiyə kimi onminlərlə şəxs dövlətimizin humanist qərarlarından faydalana bilib. Bunu yüksək qiymətləndirmək lazımdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Zahid Oruc əfv sərəncamı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri