Icma.az
close
up
RU
Prezidentin DİM ə rəhbər təyinatına... Zahid Oruc yazır...

Prezidentin DİM ə rəhbər təyinatına... Zahid Oruc yazır...

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi müstəqillikdən sonra yaranan ən güclü institusional təsisatlardan biridir. Onun gələcəyi prezident İlham Əliyevin Vətən müharibəsindəki liderliyi qədər həyati əhəmiyyətli təhlükəsizlik məsələsidir. Çünki milyonlarla azərbaycanlı şagird və tələbələrin biliyinin ölçülməsi dövlət quruculuğunun bütün sferaları üçün layiqli kadrların formalaşmasında müstəsna rol oynamaq deməkdir.

Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini yüksək qiymətləndiririk. Onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməsi ilə məhdudlaşmır. Məleykə xanım müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanan, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm bir dövlət institutunun qurucularındandır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə formalaşan qəbul sistemi ali təhsil almaq hüququnun ayrı-ayrı vəzifəli şəxslərin iradəsindən, ailələrin maddi imkanlarından və sosial mənşəyindən asılılığını azaltmaqda mühüm rol oynadı. Ucqar kənddə yaşayan sadə fəhlə və kəndli övladının öz biliyi hesabına yüksək bal toplayaraq ölkənin ən nüfuzlu universitetlərinə vəsiqə qazanması qəbul sisteminin ən böyük milli nailiyyətlərindən biridir.

Məleykə Abbaszadənin idarəçilik təcrübəsində xüsusi qiymətləndirilməli cəhət institusional prinsiplərə sədaqəti, müxtəlif maraqlar və ictimai təzyiqlər qarşısında peşəkar mövqeyini qorumaq bacarığıdır. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında təşkili, beynəlxalq qiymətləndirmə meyarlarının öyrənilməsi, ölkənin təhsil mənzərəsini əks etdirən mötəbər statistik məlumat bazasının yaradılması onun rəhbərlik etdiyi qurumun fəaliyyət dairəsini xeyli genişləndirdi. Azərbaycanda təhsilin keyfiyyəti, regionlar üzrə bilik göstəriciləri, məktəblərin nəticələri və gənclərin ixtisas seçimi haqqında fundamental tədqiqatların aparılması üçün zəngin məlumat bazası formalaşdırıldı. Həmin məlumatlar ölkənin intellektual potensialını öyrənmək və gələcək təhsil siyasətini müəyyənləşdirmək baxımından böyük milli sərvətdir.

Əlbəttə, ötən illər ərzində test üsulu, repetitorluğun geniş yayılması, imtahanların məzmunu və qiymətləndirmə metodologiyası ətrafında ciddi müzakirələr aparılıb. Qəbul sisteminin təkmilləşdirilməsinə ehtiyacın olduğunu heç kəs inkar edə bilməz. Lakin metodologiyanın təkmilləşdirilməsi ilə institusional müstəqilliyin zəiflədilməsi tamamilə fərqli məsələlərdir. Şəxsən hesab edirəm ki, onilliklər ərzində formalaşmış Dövlət İmtahan Mərkəzinin funksional müstəqilliyi qorunması vacibdir. İnstitusional islahat adı altında onun başqa bir qurumun struktur vahidinə çevrilməsi həm ali məktəblərə, həm də dövlət qulluğuna qəbul zamanı əldə olunmuş obyektivlik təminatlarını zəiflədə bilər.

Test sisteminin ləğvi ətrafında uzun illərdir davam edən polemikalara da münasibət bildirmək istərdim. Test üsulunun müəyyən hallarda əzbərçiliyi təşviq etməsi, şagirdlərin analitik düşüncə və yaradıcı təfəkkürünün qiymətləndirilməsində məhdud imkanlara malik olmasını müxtəlif tədqiqatlarla ölçməyə ehtiyac var. Lakin testin alternativi subyektiv qiymətləndirməyə, imtahan otaqlarında insan amilinin həlledici roluna və əvvəlki qəbul sisteminin nöqsanlarına qayıdış olmamalıdır. Dünyada qiymətləndirmə metodologiyaları dəyişir, açıq tipli sualların, analitik tapşırıqların, biliklərin praktiki tətbiqinin əhəmiyyəti artır. Azərbaycanda da yeni istiqamətdə islahatlar davam etdirilməlidir. Biz qəbul sisteminin metodologiyasını dəyişə bilərik, lakin onun ən böyük nailiyyətini – biliyin qarşısında sosial imtiyazların hökmünü məhdudlaşdıran ədalətli müsabiqə prinsipini qorumalıyıq.

Son kadr təyinatlarını dövlət qulluğu sahəsində yeni Məcəllə ilə əlaqələndirən fikirlər də səslənir. Belə bir bağlılığın olması mümkündür. Dövlət idarəçiliyində peşə səriştəsi, fəaliyyətin nəticələrinə görə qiymətləndirmə, rəhbər kadrların seçilməsi və irəli çəkilməsi üzrə yeni meyarların müəyyənləşdirilməsi institusional dəyişiklikləri də gündəmə gətirə bilər. Lakin yeni dövlət qulluğu sisteminin qurulması ötən onilliklər ərzində əldə edilmiş uğurlu təcrübənin qorunmasını tələb edir. Dövlət İmtahan Mərkəzinin yaratdığı müsabiqə mədəniyyəti, qiymətləndirmə texnologiyaları, peşəkar kadr potensialı və zəngin məlumat bazası dövlətimizin institusional sərvətidir. Struktur dəyişiklikləri çoxillik sərvəti zəiflətməməli, əksinə, onun imkanlarını genişləndirməlidir.

Məleykə Abbaszadənin təyinatı Prezident İlham Əliyevin kadr siyasətində peşəkarlığa, intellektual potensiala və uzun illər ərzində qazanılmış dövlətçilik təcrübəsinə verdiyi qiymətin ifadəsidir. Dövlət başçısının 73 yaşlı bir mütəxəssisə Azərbaycanın ən böyük universitetlərindən birinin rəhbərliyini etibar etməsində mühüm mesaj var: dövlətə və xalqa xidmətin meyarı təqvim yaşı ilə ölçülmür, qanuna hörmət, vəzifə məsuliyyəti və milli maraqlara sədaqətlə müəyyənləşir. Prezidentin təcrübəli kadrların intellektual və mənəvi potensialını yeni dövlətçilik vəzifələrinin həllinə yönəltməsi, onların xidmətlərini qiymətləndirməsi yüksək dövlətçilik mədəniyyətinin göstəricisidir. Dövlət özünün yetişdirdiyi, cəmiyyətin etimadını qazanmış şəxsiyyətlərin təcrübəsindən bəhrələndikcə institusional tarixini qoruyur, milli idarəçilik elitasının davamlılığını təmin edir. Digər tərəfdən, prezidentin DİM-ə rəhbər təyinatına milli təhlükəsizlik və ordu quruculuğu qədər strateji xarakterdə yanaşdığına hər bir azərbaycanlı dərindən inanır.

İndi Məleykə Abbaszadənin qarşısında Azərbaycanın 107 illik ali təhsil və elm məbədinin inkişafı kimi böyük vəzifə dayanır. Bakı Dövlət Universitetinin zəngin akademik ənənələri, güclü professor-müəllim heyəti və elmi potensialı müasir universitet idarəçiliyinin imkanları ilə birləşdirilməlidir. Akademik açıqlığın təmin olunması, elmi rəqabət mühitinin gücləndirilməsi, istedadlı alimlərin universitetə cəlb edilməsi, tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi BDU-nun beynəlxalq nüfuzunu yüksəldə bilər.

Uzun illər Azərbaycan gənclərinin ali məktəbə qəbulunda ədalət və bərabər imkanlar prinsipini müdafiə edən Məleykə xanımdan indi həmin prinsipləri universitetin daxilində də yaşatmasını, gənclərin elmi və akademik yüksəlişi üçün yeni imkanlar yaratmasını gözləyirik.

Məleykə xanıma yeni vəzifəsində uğurlar arzulayırıq.

Zahid Oruc,

Millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri