Icma.az
close
up
RU
Zahid Oruc: Qarabağda sovxoz və kolxozlar yaradılsın!

Zahid Oruc: Qarabağda sovxoz və kolxozlar yaradılsın!

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Parlamentdə sovxoz və kolxozlar üçün Belarusa müraciət etmək təklif olunub.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

O qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur.

“Biz planlı təsərrüfat sisteminə qayıtmağı təklif etmirik. Müqayisə üçün, Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəcisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır. Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları-növləri necə qoruyub-saxlayaq? Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq. Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir. Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir, nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. XX əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı. İndi əksinə olub. Qərbin texnologiyalarından imtina edə bilmərik, lakin hibrid məhsulları menyümüzü işğal etməli deyil. Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır”, – deputat deyib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see277

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see268

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see263

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see252

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see249

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see243

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see243

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see238

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see236

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see224

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see219

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see218

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see207

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see201

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see199

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see195

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see191

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see190

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see185

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri