Icma.az
close
up
RU
Zahid Oruc: "Qarabağda sovxoz və kolxozlar yaradılsın!"

Zahid Oruc: "Qarabağda sovxoz və kolxozlar yaradılsın!"

Icma.az bildirir, Bakupost portalına istinadən.

Parlamentdə sovxoz və kolxozlar üçün Belarusa müraciət etmək təklif olunub.

Bakupost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

O qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur.

"Biz planlı təsərrüfat sisteminə qayıtmağı təklif etmirik. Müqayisə üçün, Belarus ildə 8.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Ölkəmizin müvafiq göstəcisi 1 milyard dollardır. Beləliklə, əhalinin sağlamlığı və iqtisadi müstəqilliyimiz həm də kənd təsərrüfatından asılıdır. Heydər Əliyevin yaratdığı zəngin təsərrüfat ənənələrini, bitkiçilik, üzümçülük, heyvandarlıq sahəsindəki sortları-növləri necə qoruyub-saxlayaq? Yüksək məhsuldarlıq naminə Fransadan alma, İspaniyadan armud, xurma, Türkiyədən pomidor toxumları gətirib ərzaq səbətimizi dadsız, keyfiyətsiz məhsullarla, onkoloji statistika ilə doldururuq. Sonra xəstəliklərə qarşı büdcədən vəsait tələb edirik. Bəlkə səbəbi müalicə edək? İnsanlar məşhur Quba almasını, Göyçayın Mələs narını, Seylondan geri qalmayan Lənkəran çayını, Gədəbəyin ağçiçək kartofunu, Mil-Muğanın ətirli çörəyini tapa bilmir. Yaşlı nəsil həyatdan gedir, o əmək ənənələri və təcrübələri itir, nəticədə geni modifikasiya olunmuş cəmiyyət qazanırıq. XX əsrin əvvəllərində Göyçaydan aparılan tinglərlə Kaliforniyada böyük nar plantasiyaları salınırdı. İndi əksinə olub. Qərbin texnologiyalarından imtina edə bilmərik, lakin hibrid məhsulları menyümüzü işğal etməli deyil. Bəlkə, azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək, nümunəvi kolxoz və sovxozların bir neçəsini Zəngilanda, Qubadlıda, Laçında yaratsınlar. İnanın, azad olunan münbit torpaqlar, zəngin otlaq sahələri, əlverişli iqlim və düzgün investisiya siyasəti daxili tələbatı 100 faiz ödəyə bilər. Sağlam ərzaq təminatı hərbi təhlükəsizliyimizdən ayrılmazdır", - deputat deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri