Icma.az
close
up
RU
Menu

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

Lökbatan yolunda qəza: Ölən var

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

Mask gələcəklə bağlı proqnoz verdi

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

Zahid Oruc: ”Qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə”

Zahid Oruc: ”Qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə”

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


30 illiyini Qələbə ilə qeyd etdiyimiz Konstitusiyamıza uyğun olaraq, Nazirlər Kabinetinin 2024-cü il hesabatı müstəqillikdən sonra ilk dəfə işğala, soyqırım və köçkünlüyə deyil, bütövlüyə həsr olunub. Milli Məclis Hökumətin ötən ilki fəaliyyətinə qiymət verərkən, Ukraynada davam edən 3 illik müharibənin və dünyada artan hərbi-siyasi qütbləşmənin ağır fəsadlarını nəzərə almadan keçə bilməz.
Yəni, istənilən hakimiyyətin fəaliyyəti yalnız büdcə öhdəlikləri, maliyyə və iqtisadiyyatın tənzimlənməsi ilə məhdudlaşmır, qonşuları embarqoya məruz qalan regionda tək sanksiyasız ölkə və heç bir dövlətin forpostu olmaması ilə müəyyənləşir. Beləliklə, hesabat siyasi mahiyyətli mühüm dövlət sənədidir.
Dövlətimizin ötən il ən böyük uğuru ABŞ və Avropa Birliyinin sərt sanksiya hədələri, qlobal medianın hücumları ilə Qələbəmizi əlimizdən almaq, olmadıqda onu ləkələmək cəhdinin iflası, o cümlədən, Ağ Evin diqtəsi ilə sülh müqaviləsinin imzalanmamasıdır.
Əksinə, ötən ilin ikinci yarısında danışıqlarda vasitəçilər prosesdən uzaqlaşdırıldı. Nəhayət, dünən sülh müqaviləsinin tam hazırlığının bəyanı sübut edir ki, tarixdə ilk dəfə prezident İlham Əliyev Qələbəmizi sülh müqaviləsinə köçürməyi, onu Ermənistana qəbul etdirməyi bacarıb. Dünya dövlətlərinin müsbət reaksiyası, Türkiyənin sazişi alqışlaması tarixi dəyişikliklərdən xəbər verir. Anlaşma harada imzalanmasından asılı olmayaraq, tarixə Əliyevin Zəfər müqaviləsitək düşəcək!
Hesabatda ilk növbədə, ötən ildə təhlükəsizliyimizin təmin olunması 1 nömrəli məsələdir. Ordumuz müharibədən əvvəlki dövrdən daha güclüdür və təkcə ərazilərimizdə deyil, müttəfiqlərlə birgə xarici məkanlarda da hərbi əməliyyatlar aparmaq iqtidarındadır.
Hesabatda Böyük Qayıdışa həsr olunan 15 səhifəlik bölmə- qalibiyyət təqvimində bir ayrı fəsildir, yeni Vətən quruculuğudur və dünyada heç bir Hökumət xarici yardımlar olmadan 100 minlərlə insanını doğma torpaqlarına qaytarmır. Ən böyük insan haqları hadisəsi Qayıdışdır. Avropa dövlətləri bir zəngilanlıya, şuşalıya ev, kənd, məktəb tikməyincə, demokratik, humanist və ədalətli sayıla bilməzlər.
Hesabatda əksini tapan bir neçəyə məsələyə diqqət çəkmək istərdik-əmək bazarında dinamik dəyişikliklərlə bağlı sənəddə qeyd olunur ki, müqaviləsinə xitam verilən işçilərin sayı 2022-ci ildə 780 min, 2023-cü ildə 872 min, 2024-cü ildə 999 min nəfər təşkil edib, lakin əmək müqaviləsi bağlayanların sayı müvafiq olaraq, 1 milyon 73 min, 972 min və nəhayət, ötən il 1 milyon 169 min nəfər təşkil edib. Əlbəttə, ötən il müsbət saldo açılan iş yerlərin xeyrinə 170 min nəfərdir. Lakin söhbət muzdla işləyənlərdən gedir və bir şəxsin bir neçə yerdə müqavilə imzalamasıını nəzərə alsaq, bir ildə bağlanan iş yerlərinin səbəblərini, coğrafi və sahələr üzrə paylanmasını, ləğv olunmağa məcbur qalıb yenidən yaradılanları təhlil etməliyik. Dünyada müəssisələr də insanlar kimi 5, 10 və ya 50 illik müddəti, o cümlədən, bir iş yerinin uzunömürlülüyü ilə müəyyənləşir.
Neft hasilatının azalmasının qarşısını almaq üçün prezidentin tapşırığı ilə Baş nazirin rəhbərliyi ilə keçirilən müşavirələr böyük nikbinlik yaradır. İndi dünya enerji bazarında qiymətlər tədricən düşür. Ötən il neft gəlirlərimiz 1.65 miliyard dollar azalıb, lakin qazın hasilatı və ixracı itkiləri müəyyən qədər qarşılayır. Digər tərəfdən, əsas strateji sərvətimizi emal edən zavodda 5 martda baş verən yanğının üzə çıxardığı vəziyyət narahatlıq doğurur. Söhbət ildə 6 milyon tona yaxın neftin emalından və daxildə sənayedə, yaxud vətəndaşlar tərəfindən istehlakından gedir. Dövlət Təhlükəsizlik Orqanlarının hərtərəfli araşdırmaları belə bir inamı yaradır ki, Hökumət neft sektorundakı prosesləri tam nəzarətdə saxlayır.
Sənəddə sənaye məhsulunun 83 faizinin Bakıda istehsal olunduğu qeyd edilib. Başadüşləndir, söhbət neftin 278 illik hökmranlığından gedir. Sənayenin coğrafiyasını bölgələrə keçirməsək, əhalinin paytaxtın əmək, mənzil və nəqliyyat sferasında sıxlığı azalmayacaq.
Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı və rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur.
Digər bir məsələ, Texnofestə heç bir inzibati qərar olmadan 100 minlərlə gənc qatıldı. Deməli, səlcuq bayraqdarlar millətimizin içərisində var. Yetər ki, startaplara meydan verilsin. Elm Fondunun vəsaitləri 2010-cu ildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik, illərdir yarısı geri qayıdır. Halbuki 100-lərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuz Akınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasi suverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimiz olmalıdır.
İki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanın vaxtı 2026-cı ildə başa çatır. OCED ölkələrində əhalinin 1000 nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqda ölkə inkişaf etmiş sayılır. Sual sadədir-Hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ən böyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-da yaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları-kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini və bürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarında təklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlara ehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerji qiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər.
Yekunda bir daha vurğulayaq ki, cənab prezident Hökumətə etimad göstərir və parlamentarilər üçün bu xüsusi əhəmiyyət kəsb edir. Bir daha Parlamentlə açıq əməkdaşlıq və səmimi münasibətə görə hörmətli Baş nazirə hörmətimizi ifadə edir, Hökumətin ötən ilki fəaliyyətini məqbul sayır, müsbət səs verəcəyimizi və uğurlar dilədiyimizi bildirmək istərdik.
Zahid Oruc, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Mart 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see265

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see141

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see134

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see133

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see133

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see131

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see130

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see130

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see129

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see125

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see124

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see123

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see121

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see120

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see119

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

27 Aprel 2025 11:45see119

KİV: İranda limanında partlayışın səbəbi raket yanacağı üçün maddə olub

27 Aprel 2025 12:52see117

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see116

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see114

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri