Icma.az
close
up
RU
Qarabağın azadlığı, regionda sülh deməkdir Zahid Oruc

Qarabağın azadlığı, regionda sülh deməkdir Zahid Oruc

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Astanada Prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünyada böyük əks-səda doğurdu. Ölkə başçısı qeyd etdi ki, Ermənistana qoyulan tranzit məhdudiyyətləri aradan qaldırılıb. İlk belə addım Qazaxıstan taxılının daşınması olub”. 
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
O əlavə edib ki, İrəvanda yüksək razılıqla qarşılandı, Paşinyan qərarı alqışladı, ölkə başçımıza təşəkkür etdi:
“Lap elə indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazır olduqlarını bildirdi. Doğrudan da 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir. Vətən müharibəmiz təkcə torpaqlarımızın azadlığı deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılırdı. İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdırma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır. Azərbaycan və Ermənistan parlament sədrlərinin Cenevrədə mühüm görüşü, vətəndaş cəmiyyəti təmsilçilərimizin İrəvana səfəri dövlətimizin sülh və etimad quruculuğunda möhkəm iradəsini göstərir”.
Deputat deyib ki, iki xalqın düşmənçiliyindən  qazanan keçmiş imperiya varislərinin Bakı-İrəvan arasında yaranan barışı alqışlamaması təəccüblü deyil:
“Düz 22 il əvvəl, Strasburqda Robert Koçaryan “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyərkən, əsrlərlə müharibə aparan almanlar və fransızlar  irqçi bəyanatı pisləmədilər. Halbuki əbədi düşmənçilik, Köçaryanları haqlı çıxarar. Ona yol vermək olmaz! Əlbəttə, 30 illik məhrumiyyətləri, 23 min şəhidimizin müqəddəs qanını heç vaxt unuda bilmərik, lakin müharibəni uduzan erməni xalqının 54 faizi yəni, 700 min nəfəri hazırki Baş nazirə səs veribsə, məğlubiyyətlərini və birgəyaşayışı qəbul ediblər. Deməli, ermənilərin ən azı yarısı, “bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist Njdenin ideologiyasından xilas olublar. Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, işğal və təcavüz Cənubi Qafqazı inkişafdan geri qoyub. 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, pulsuz. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir. Əgər bölgədə barış olarsa, cəmi 15 il sonra region görünməmiş inkişafa qovuşacaq, 2 milyona qədər yeni iş yeri açılacaq, 16 milyon əhalisi olan vahid məkan yaranacaq, sürətlə silahlanmaya çəkilən xərclər milli həyatın başqa sahələrinə qoyulacaq. Unutmayaq ki, 100 il qabaq böyük Üzeyir bütün qafqazlıları sülhə çağırırdı. Xalqımız qalıcı barışın tərəfdarıdır. Çünki tarixən İrəvan azərbaycanlı kimliyini Bakı ilə birgə əks etdirib. Qarabağın azadlığı, regionda sülh deməkdir. İndi xalqların müharibədən yox, barışdan qazanmasının vaxtıdır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri