Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, başsağlığında deyilir:
"Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Qeyd edək ki, Türkiyənin Isparta vilayətinin Keçiborlu rayon mərkəzində təlim uçuşu zamanı iki hərbi helikopter toqquşub. Qəza nəticəsində 6 hərbi qulluqçu şəhid olub.
Hadisə yerinə təcili yardım və yanğınsöndürmə qrupları cəlb edilib. Məlumata əsasən, toqquşma nəticəsində bir hərbi helikopter qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə yerə endirilib.
Qeyd edilib ki, helikopterdə şəhid olanlardan biri Isparta Quru Aviasiya Məktəbinin Komandanı, general-mayor İsa Baydillidir.
Milli.Az
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















