Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı verib.
Nazirlikdən Axar.az-a verilən məlumata əsasən, başsağlığında deyilir:
"Pəncə-Kilid antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
Baxış sayı:83
Bu xəbər 06 İyul 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















