Zakir Nuriyev: Türkdilli dövlətlərin kredit büroları üçün yeni platforma yaradılıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Türkdilli dövlətlərin kredit bürolarının birgə əməkdaşlığı çərçivəsində yeni platforma yaradılıb. Bu platforma kredit bürolarının fəaliyyətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin sürətləndirilməsini hədəfləyir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
ABA rəhbəri qeyd edib ki, hazırda müzakirə olunan əsas məsələlərdən biri antifrod (dələduzluğa qarşı) tədbirlərinin genişləndirilməsidir:
"Bu kontekstdə kart oğurluqları, digər dələduzluq halları ilə mübarizə, əhalinin maarifləndirilməsi, texniki və informasiya təminatının gücləndirilməsi istiqamətində işlər aparılır".
"Antifrod dedikdə kartlardan oğurluq və digər dələduzluq əməliyyatlarının qarşısının alınması, bu istiqamətdə texniki həllərin, eləcə də əhalinin maarifləndirilməsi üzrə yeni yanaşmaların bank sektoruna və maliyyə iştirakçılarına çatdırılması nəzərdə tutulur", - deyə Zakir Nuriyev vurğulayıb.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















