Icma.az
close
up
RU
“Zaman itirmədən böyük islahatlara başlamağı təklif edirəm” Qüdrət Həsənquliyev

“Zaman itirmədən böyük islahatlara başlamağı təklif edirəm” Qüdrət Həsənquliyev

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2025-ci il tarixində ABŞ-yə səfəri və Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisədir”.

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilən növbədənkənar sessiyasına çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu Bəyannamə ilə Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq öhdəlik götürməsi, ABŞ-nin yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur: “Vaşinqton Bəyannaməsi mahiyyət etibarı ilə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış ilkin sülh sazişidir. Azərbaycan Respublikası Konstitusiyasına görə bütün dövlətlərarası müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıdır. Konstitusiyaya görə Milli Məclis həm də sülh sazişinin imzalanmasına öz razılığını verməlidir. Ona görə təklif edirəm ki, hər iki məsələyə baxılması parlamentin payız sesiyasının iş planına daxil edilsin. ABŞ-nin öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsinə dair yaxın tarixdə çoxsaylı nümunələrin olmasına, Əfqanıstanda və Ukraynada baş verənlərdən sonra onun etibarsız tərəfdaş imicinin güclənməsinə baxmayaraq, ümid edirəm ki, Tramp yolu adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ prinsipial və qətiyyətli mövqe ortaya qoyacaq. Tramp yolunun açılması Azərbaycanın inkişafına, beynəlxalq yük daşımalarında xərclərinin azalmasına, insanlarımızın rifahının yaxşılaşmasına öz töhfəsini verəcək.

Azərbaycanın inkişafını, güclənməsini istəməyən bəzi türk düşmənlərinin qəzəb və təxribatlarına baxmayaraq, Tramp yolu istisnasız olaraq bütün region ölkələrinin iqtisadiyyatının inkişafına kömək edəcək. Region dövlətlərinin dəhlizlərlə, müxtəlif nəqliyyat və energetika xətləri, neft və qaz kəmərləri, iqtisadi və humanitar əməkdaşlıgın genişləndirilməsi ilə bir-birinə bağlanması bölgəmizdə təhlükəsizliyə, inkişafa və sülhə xidmət edəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunmasından sonra sülhə və inkişafa xidmət edəcək ən böyük tarixi nailiyyətimizdir. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bölgəyə sülhü erməni işğalçılarını ölkəmizdən qovmaqla o gətirib. Erməni xalqını da başqalarının əlində alət olmaq əzabından da o qurtarır”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə olunmuş razılaşmanın başqa ölkələrə qarşı olmadığı hər kəsə gün kimi aydındır: “Bəyanatın yaxın qonşularımız Rusiya və İrandakı mütərəqqi qüvvələri də qane etdiyini düşünürəm. Hesab edirəm yekun sülh sazişinin 44 günlük savaşdan sonra sülhməramlı olaraq sülh prosesində aktiv iştirak etmiş Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu həm ədalətli olar, həm də qonşularla əlaqələrimizin güclənməsinə xidmət edər, sülhü daha davamlı və etibarlı edərdi”.

Millət vəkili həmçinin əlavə edib: “Əldə edilmiş uğurları qoruyub saxlamaq, iqtisadiyyata xarici investisiyaları cəlb etmək, ölkəmizə xarici təsirləri azaltmaq məqsədilə Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan imzalanacaq yekun sülh sazişində gələcəkdə konstitusiyasına dəyişiklik edəcəyi öhdəliyini götürərsə, çevik olub ən azı daha iki il gözləmədən sülh sazişini imzalamalı, qardaş Türkiyə ilə birlikdə Ermənistanla kommunikasiya xətlərinin açılması istiqamətində işləri sürətləndirməliyik. Ölkəmizin təhlükəsizliyi güclü müttəfiqlərimizlə yanaşı yüksək döyüş qabiliyyətli Silahlı Qüvvələrimizə bağlıdır. Bunun üçün güclü iqtisadiyyata sahib olmalıyıq. ABŞ və Çinlə isti münasibətlərdən istifadə edib ölkəyə investisiya cəlb etməli, Rusiya və Avropa İttifaqı ilə aramızda yaşanan gərginliyin aradan qaldırılması üçün daha çox çalışmalı, ölkəmizə BRİCS və ŞƏT-dən daha çox faydalı olacaq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq.
Rusiyada daha çox köməksiz və çarəsiz qalmaları səbəbindən Ukrayna ilə müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb, onların həyatlarını xilas etmələri üçün Rusiya ilə quru sərhəddən vətəndaşlarımızın heç olmasa ölkəyə girişinə icazə verməli, bunun yarada biləcəyi hansısa təhlükələrdən qorxmamalıyıq. Təhlükələri önləmək gücündə olan dövlət orqanlarımız var.

Düşünürəm, Allahın hər zaman kömək olduğu Prezident İlham Əliyevin şansı var ki, tariximizdə yalnız torpaqlarımızı işğaldan azad edən bir lider kimi qalmasın, həm də xalqımızın qarşısında dayanan daha çətin bir vəzifəni yerinə yetirsin. 3-cü dünya ölkəsi sayılan Sinqapurada iqtisadi möcüzə yaratmış, buna görə beynəlxalq birliyin rəğbətini qazanmış baş nazir Li Kuan kimi, o da Azərbaycanın tam olaraq azad bazar iqtisadiyyatına keçidini təmin etməklə iqtisadiyyatda Azərbaycan möcüzəsini yaratsın.
Bunun üçün böyük potensial, əlverişli şərtlər mövcuddur. Zaman itirmədən böyük islahatlara başlamağı, amnistiya aktı qəbul etməyi, 2026-cı ili ölkəmizdə barış, sülh və islahatlar ili adlandırmağı təklif edirəm”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri