Icma.az
close
up
RU
Zamanı gələndə qisas alacaq: Putin Paşinyanın xəyanətini unutmayacaq

Zamanı gələndə qisas alacaq: Putin Paşinyanın xəyanətini unutmayacaq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanda 2026-cı ildə parlament seçkisi keçiriləcək. Rusiya çalışacaq ki, baş naziri əvəzləsin və özünə yaxın siyasi qüvvələri hakimiyyətə gətirsin”

Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına üzv ölkələrin rəhbərləri Bişkekdə toplantı keçiriblər. Sammitdə üzv ölkələr ən yüksək səviyyədə, dövlət başçıları səviyyəsində təmsil olunub. Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan liderləri iştirakçı ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. 2025-ci ildə KTMT-nin əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin yekunlarını nəzərdən keçiriblər. Qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müəyyən edilib. İclas zamanı Qırğızıstan nümayəndəsi Taalatbek Masadıkovun 1 yanvar 2026-cı il tarixindən etibarən üç il müddətinə KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar təsdiqlənib. Bundan əlavə, dövlət başçıları kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsinə yönəlmiş digər sənədləri də imzalayıblar. Yekunda dövlət başçıları KTMT-nin ali orqanının bəyannaməsini imzalayıblar. Qırğızıstan Prezidenti Sadir Japarov sammitin qərarını açıqlayaraq bildirib ki, təşkilatın növbəti sammiti 2026-cı il, sentyabrın 11-də Rusiyada baş tutacaq. Japarov bu qərarla KTMT-yə sədrliyin Rusiya tərəfinə keçdiyini vurğulayıb. 

Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrini döyüşdə effektivliyini sübut etmiş Rusiya silahları ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib. O, Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb. Putin deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.

Erməni ekspert Vahram Atanesyan deyib ki, KTMT Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə “xidmət göstərmək” təklifi verməyib. Onun sözlərinə görə, KTMT Zirvə Toplantısının yekun bəyanatında Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə də toxunulub: “Çox vacib məqam odur ki, təşkilat bu məsələdə “xidmət göstərmək” təklifi verməyib. Bu, bəlkə də, Ermənistan və Rusiya arasında dövlətlərarası münasibətlərin yenidən qurulması üçün başlanğıc nöqtəsi ola bilər”. Qeyd edək ki, noyabrın 26 və 27-də Bişkekdə keçiriləcək KTMT liderlərinin sammitində Ermənistanın iştirak etməyəcəyi daha əvvəl açıqlanmışdı. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan demişdi ki, KTMT ilə münasibətlərin formatı artıq açıqlanıb: "İrəvan təşkilatın qərarlarının qəbulunda və sənədlərin hazırlanmasında iştirak etmir, həm də onlara müdaxilə etmir". Onun sözlərinə görə, indiki mərhələdə Ermənistanın siyasəti belədir: "Ermənistan xarici siyasətini öz maraqlarına və mövcud vəziyyətə uyğun olaraq, bəyan edilmiş diversifikasiya və tarazlıq prinsipinə əsaslanaraq aparır". 

Millət vəkili Naqif Həmzəyev Sherg.az-a deyib ki, Nikol Paşinyan açıq şəkildə qərbyönlü siyasət yeridir və bunu gizlətmir. Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi və rəsmilər Rusiya əleyhinə açıqlamalar versələr də, KTMT və digər qurumlarla soyuq əməkdaşlıq etsələr də, iki ölkə arasında əlaqələr, ələlxüsus iqtisadi təmaslar çox yüksək səviyyədədir:

"Bunu rəsmi statistik rəqəmlər də büruzə verir. Moskva da İrəvana qarşı sərt davranmır, çünki indiki məqamda, yəni Qərbin sanksiyalarına məruz qaldığı müddətdə Ermənistanı itirmək niyyəti yoxdur. Rusiya etiraf etməsə də, çox çətin günlərini yaşayır. Ukrayna ilə müharibə Rusiyanı əməlli-başlı zəiflədib. Rusiya əvvəlki gücünə, imkanlarına malik deyil. Ermənistana güzəştlər də bununla bağlıdır. İrəvan hökuməti KTMT-yə üzvlük haqqını ödəməməsinə, iclaslarda iştirak etməməsinə rəğmən, Ermənistanı bu qurumdan xaric etmirlər. Amma Putin bunu heç zaman unutmayacaq və zamanı yetişəndə Paşinyandan bunun qisasını alacaq. Eyni zamanda Ermənistanda 2026-cı ildə parlament seçkisi keçiriləcək. Rusiya bu seçkilərə də ümidlidir. Kreml qarşıdakı dönəmdə Paşinyanı öz tərəfinə çəkə bilməzsə, mümkün qədər çalışacaq ki, baş naziri əvəzləsin və özünə yaxın siyasi qüvvələri hakimiyyətə gətirsin. Faktiki olaraq indiki anda Rusiyanın Cənubi Qafqaza, xüsusən birbaşa Ermənistana göstəriləcək açıq və təsirli təzyiq metodu yoxdur. Ona görə Rusiya hazırda ən azından Orta Asiya bölgəsinə nəzarəti itirməməyə çalışır. ABŞ və Avropa Birliyi Orta Asiya regionuna böyük diqqət göstərir və mütəmadi səfərlər həyata keçirilir. Türk Dövlətləri Təşkilatı da getdikcə daha da güclənməkdədir. Baş verən proseslər fonunda Moskva Orta Asiya ölkələrinə daha çox diqqət ayırır. Əks təqdirdə Orta Asiyanın əlindən çıxacağını yaxşı bilir. Müharibə aparan Rusiya Orta Asiya ilə bağlı iqtisadi layihələri də icra edə bilmir. Məlumata görə, Rusiya sovet dönəmində mövcud olmuş - Orta Asiyaya şirin su ehtiyatlarının gətirilməsi layihəsini yenidən gündəmə gətirib. Bu yolla Orta Asiya dövlətlərini öz yanına çəkmək istəyir". 

Parlament üzvü vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi zamanı ruslar öz köhnə silah-sursatını istifadə etdi və nəticədən məcburən yenidən silahlanmaya üz tutdu: "Təbii ki, Rusiyada yeni hərbi texnikalar istehsal olunur. Amma etiraf edək ki, rus silahları dünya bazarında tətbiq edilən yeni silah texnologiyaları ilə rəqabətə dözə bilmir. Xüsusən son dönəmdə hibrid müharibələrdə istifadə olunan PUA-lar klassik texnikaları lazımsız dəmir yığını halına gətirdi. Belə şəraitdə Rusiyanın silah-sursatına da inam azaldı. O səbəbdən Rusiya öz silahları üçün bazarlar axtarışındadır. Ən azından KTMT və digər qurumların üzvü olan özünə yaxın ölkələrə rus silahlarını satmaq niyyətindədir. Bu, Putinin istəyidir. Ancaq Rusiyanın işi çətindir, çünki silah bazarında güclü rəqabət var. Həm də Rusiya ən yeni silahlarını KTMT ölkələrinə verməyəcək. Nisbətən köhnə silahları isə almaq istəyən yoxdur. Orta Asiya ölkələri də öz vəsaitlərini lazımsız hərbi texnikalara sərf etmək arzusunda deyillər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri