Icma.az
close
up
RU
Zamanı qabaqlayan lider: Bir millətin tale yolçusu

Zamanı qabaqlayan lider: Bir millətin tale yolçusu

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan dövlətçiliyinin tarixində 14 iyul 1969-cu il xüsusi əhəmiyyətə malikdir. Məhz həmin gün Heydər Əliyev Azərbaycan rəhbərliyinə seçildi və bununla da ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında yeni mərhələnin əsası qoyuldu”.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbər seçilməsinin 56-cı ildönümü münasibətilə danışıb və bu əlamətdar tarixə dair fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Ümummilli Liderin rəhbərliyi ilə qısa müddətdə mühüm islahatlar həyata keçirildi, milli oyanışın təməli qoyuldu, dövlətçilik ənənələri bərpa olundu. Bu gün müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz o dövrdə görülən işlər dayanır.

Deputat bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişi ilə əsası qoyulan inkişaf strategiyası bu gün də öz bəhrəsini verir.

“1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə, Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Həmin vaxtdan etibarən respublikamızın iqtisadi, sosial və mədəni həyatında dərin dəyişikliklər başladı. O illərdə həyata keçirilən islahatlar və formalaşdırılan milli kadr potensialı bu gün müstəqil Azərbaycanın uğurlarına xidmət edir”, - deyə V.Rəhimzadə qeyd edib.

Deputat vurğulayıb ki, Ulu Öndər hələ Sovet dövründə belə Azərbaycanın milli maraqlarını müdafiə edir, dövlətçilik təməllərinin möhkəmlənməsi üçün əvəzsiz addımlar atırdı:

“Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də Azərbaycana göstərdiyi diqqət və qayğı, irəli sürdüyü təşəbbüslər nəticəsində respublikamız keçmiş İttifaqda qabaqcıl mövqelərdən birini tuturdu. Onun dövlət idarəçiliyi təcrübəsi və uzaqgörənliyi bu gün də örnəkdir”.

Vüqar Rəhimzadə Heydər Əliyevin 1987-ci ildə siyasi rəhbərlikdən uzaqlaşdırılmasından sonra Azərbaycanda baş verən faciələrə toxunaraq bildirib:

“Ulu Öndərin siyasi hakimiyyətdən getməsindən cəmi iki həftə keçmişdi ki, erməni millətçiləri və onların sovet hakimiyyətindəki havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması məsələsini qaldırdılar. Əgər Ulu Öndər o dövrdə hakimiyyətdə olsaydı, heç vaxt bu cür separatizm cəhdlərinə imkan verilməzdi. Onun gücü, siyasi iradəsi və xalqına bağlılığı Azərbaycanı qoruyurdu”.

Deputat Ulu Öndərin 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışını ölkənin siyasi qurtuluşu kimi qiymətləndirib:

“O dövrdə Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalq öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyev doğma vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, anarxiya və xaosun qarşısını aldı, dövlətçiliyi xilas etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu”.

Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Liderin müəllifi olduğu milli inkişaf strategiyası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə öz bəhrəsini verdi:

“Bu müqavilə Azərbaycanın təbii sərvətlərini xalqın rifahına yönəltmək məqsədi daşıyırdı. Neft strategiyası nəticəsində ölkəmizə böyük sərmayələr gəldi, Azərbaycan beynəlxalq enerji layihələrinin mərkəzinə çevrildi. Ulu Öndər Heydər Əliyev həm siyasi, həm də iqtisadi müstəqilliyimizin təmin olunmasında tarixi rol oynadı”.

Vüqar Rəhimzadə: Ulu Öndər hələ Sovet dövründə belə Azərbaycanın dövlətçilik təməllərinin möhkəmlənməsi üçün əvəzsiz addımlar atırdı

Deputat onu da qeyd edib ki, Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir və Azərbaycanı yeni zəfərlərə aparır:

“Prezident İlham Əliyev 2003-cü ildəki andiçmə mərasimində Ulu Öndərə müraciətlə bildirmişdi ki, "Əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da zənginləşdirəcək, qüdrətləndirəcək və zəfərlərə aparacağam". Bu gün tam əminliklə deyə bilərik ki, dövlət başçısı bu vədinə sadiq qalıb. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki şanlı Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası bu siyasətin məntiqi nəticəsidir”.

Deputat əlavə edib ki, 2024-cü ildə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində prezident seçkilərinin keçirilməsi dövlət müstəqilliyimizin dönməzliyini sübut etdi.

Sonda Vüqar Rəhimzadə Heydər Əliyev Fondunun fəaliyyətini də yüksək dəyərləndirib:

“Heydər Əliyev Fondu Ulu Öndərin irsini yaşatmaqla yanaşı, Azərbaycanın sosial, mədəni, elmi və humanitar sahələrdə inkişafına misilsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun həyata keçirdiyi layihələr həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinə yönəlmiş siyasəti uğurla davam etdirirlər. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir”.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri