Icma.az
close
up
RU
38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Neft emalının taleyi Ukrayna PUA-larından asılı vəziyyətə düşüb

Dünyanın Yanacaq Doldurma Məntəqəsi kimi tanınan Rusiya xaricdən yanacaq alışını dəfələrlə artırmağa məcbur olsa da, ölkədəki benzin qıtlığını aradan qaldırmaqda acizdir. Günbəgün yanacaq növbələrinin artdığı, benzin satışına məhdudiyyət qoyulduğu, YDM-ləri bağlanan regionların sayı artır.

“AzPolitika” xəbər verir ki, BBC-nin məlumatına görə, Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində Rusiyanın ən azı 57 regionu yanacaq təchizatında fasilələrlə üzləşib. Problemlər ilk növbədə müstəqil YDM-lərdə qeydə alınıb.

“Bloomberg”-in məlumatına görə isə hücumlar Rusiyadakı hər üçüncü neft emalı zavoduna təsir edib. Neft Emalı Zavodlarına avqustda ən azı on dörd, sentyabrda səkkiz, oktyabrın ilk ongünlüyündə isə daha dörd hücum qeydə alınıb. Avqust və sentyabr aylarında ixrac yönümlü olanlar da daxil olmaqla ən azı on neft emalı zavodu qismən və ya tamamilə bağlanıb.

BBC-nin məlumatına görə, yanvar ayından Ukrayna pilotsuz təyyarələri ölkənin 38 ən böyük neft emalı zavodundan 21-nə hücum edib ki, bu da bütün 2024-cü ilin göstəricisindən 48% çoxdur.

“Reuters”-in məlumatına görə, avqust ayında Rusiya neft emalı zavodlarının ilkin gücündə dayanma müddəti 23%-ə yüksələrək rekord həddə çatıb və sentyabrda daha da artıb. Oktyabr ayında neft emalının həcmi sutkada 4,86 milyon barrelə (iyul ayı ilə müqayisədə demək olar ki, 10% aşağı) düşüb və son beş ilin ən aşağı səviyyəsinə çatıb.

Karnegi Berlin Mərkəzinin Rusiya və Avrasiya üzrə baş elmi işçisi Sergey Vakulenkonun sözlərinə görə, Rusiya neft emalı zavodlarının məhsuldarlığı iyulun pikindən bəri təxminən 10% azalıb.

Vakulenko qeyd edir ki, vəziyyət pisləşərsə, Rusiya hakimiyyətinin yanacaq sərfiyyatına məhdudiyyətlər tətbiq etməkdən tutmuş benzin üçün müvəqqəti olaraq ekoloji standartları yumşaltmağa qədər bir neçə variant işə salınacaq. Ekspert hesab edir ki, böhranın inkişafı Ukraynanın hücumlarının intensivliyindən və Kiyevin istehsal gücündən asılı olacaq: “Ukrayna nə qədər PUA istehsal edə bilər, onları nə qədər tez-tez və hansı miqyasda buraxa bilər? Həmçinin, bundan sonra da neft emalına diqqət yetirəcək, yoxsa başqa hədəflər seçəcək?”

Yanacağın emalının azalması və son 14 ilin maksimal həddinə çatan benzinin qiymətinin artması fonunda Rusiyanın bir sıra regionlarında, eləcə də ilhaq edilmiş Krımda ayrı-ayrı müştərilərə yanacağın satışına məhdudiyyətlər tətbiq edilib. Böhranı yumşaltmaq üçün Rusiya hökuməti benzin və dizel yanacağının ixracına qadağa qoyub, Belarusdan yanacaq alışını artırıb və Çin, Sinqapur, hətta Cənubi Koreyadan benzin idxal etməyə hazırlaşır.

Beləliklə, müharibənin fəsadları getdikcə Rusiyanın gündəlik həyatında daha kəskin şəkildə özünü göstərməyə başlayır və yanacaq qıtlığı da bunlardan yalmız biridir. Bu fəsadların bir gün kütləvi etirazlara səbəb olmayacağına isə kimsə 100 faizlik təminat verə bilməz.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri