Icma.az
close
up
RU
Zamanın dərinliklərindən gələn real həyat nümunəsi “Sirli gedişlər” kitabı və yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı təşəkkül izi

Zamanın dərinliklərindən gələn real həyat nümunəsi “Sirli gedişlər” kitabı və yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı təşəkkül izi

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

​2025... İstanbul...

​İsti avqust günü qardaş Türkiyənin İstanbul şəhərində ənənəyə sadiq qalaraq Türk Ədəbiyyatı Vəqfini ziyarət etdim.

Bu dəfə ki, gəlişim də mənim yüksək təltifə layiq görülməyim Uca Allahın mənə bəxş etdiyi ən müthiş mükafat idi və taleyimin ən gözəl anı...

Vəqfin sədri Serhat Kabaklı ilə qısa söhbət etdikdən sonra, vəqfin baş redaktoru İmdat Avşarın otağında çay söhbətimiz baş tutdu. Bu zaman İmdat bəy hər zamankı səmimi üslubu ilə - “Yahu Senan kardeşim, değerli bir ablamız var Latife hanım senden rica etsem onun türk diline çevrilen iki kitabını Bakü de kendisi ile buluşub vere bilirmisin?!”.

Böyük bir məmnuniyyətlə “əlbəttə” deyib, kitabları götürdüm.

​Bakıya çatar-çatmaz kitabın ilk səhifələrinə maraqla nəzər keçirib Lətifə xanımla əlaqə saxladım. Olduqca səmimi bir söhbətdən sonra, Lətifə xanım kitabla bağlı fikirlərimi soruşdu. Məni ən çox təsirləndirən müəllifin Allaha olan dərin bağlılığını cümlənin ahəngində olduqca qəlbləri ovsunlayacaq şəkildə yazması olmuşdur. Məhz bu məqamı böyük bir rəğbətlə alqışlayıram. Söhbətdən sonra görüş yerini mənim ikinci evim kimi qəbul etdiyim doğma Elmlər Akademiyasının qarşısında görüşdük.

​Görüşümüzdə insanların kitaba, ədəbiyyata və ən əsası poeziyaya olan marağı, insanların xüsusiyyətlərində təpər, fəhm anlayışının yeri, Lətifə xanımın zamanın çətin axarlarından keçərək irəlilədiyi mənalı ömür yolu, “Sirli Gedişlər” kitabının baş qəhrəmanı olan Leyla xarakterinin sarsılmaz mövqeyinin real həyat nümunəsi ilə harmoniyası kimi bir çox məsələləri yorulmadan təhlil və müzakirə etdik.

​Lətifə xanımın “Sirli gedişlər” romanı müstəqillik dövrünün ən seçilmiş avtobioqrafik nümunələrindən biridir. Bu janr həm üstünlükləri, həm də çətinlikləri özündə cəmləyir. Müəllif, öz həyat yolunu təsvir etməklə, eyni zamanda xalqın, ölkənin və onun ətrafındakı mühitin taleyini və mənafeyini ustalıqla ümumiləşdirir. Kitab baş qəhrəmanımız olan Leylanın -  yaşadığı həyatın düzgünlüyünü, ədalətlə aldığı nəfəsin tərənnümünü, ailəsinin sarsılmaz qüdrətini, keçdiyi yolun enişli-yoxuşlu axarlarını özündə təsvir edir.

​Ustadım olaraq qəbul etdiyim, sakinliyi və dərindən düşünüb qərar almağı mənə öyrədən ali təhsil aldığım universitetin dosenti, texnika elmləri namizədi, poeziyanın harmoniyası ilə nəfəs alan Ağəli müəllim Quliyevin məqalələrindən özümə dərs götürdüyüm əsərlərdəki xarakterlərin qütblərinin təhlilini Lətifə xanımın şah əsəri olan “Sirli gedişlər” kitabında təhlil etmək istərdim.

​Hər bir xarakteri tək-tək təhlil etmək olar amma məncə məzmunlu ifadə belə olsa daha məqsədə uyğun olar. Leylanın ailəsinin hər bir üzvü, Leylanın haqq-ədalət yoluna dəstək olanlar bu qütbün müsbət tərəfi, onun ədalət yoluna əngəllər törətmək istəyənlər isə bu qütbün ən mənfi yerinə layiqdirlər. Kitabın ən qürur mənbəyi olan hissə isə 7 bacının ali təhsil alaraq qadının elmdə rolunu olduqca gözəl təsvir etməsidir.

Kitab elə bil sadə üslub və xalq dilində yazılıb ki, səhifəni açıb oxumağa başlayan oxucu artıq onu əlindən kənara buraxmaq istəmir. Kitabda bir ana ilə oğulun və bir ailənin bir-birinə dərindən bağlılığı heç şübhəsiz oxucunun qəlbində daha dərin bir iz buraxır. 

Bu kitab bir çox gənc yazara real həyat motivlətərini yazmağa cəsarət verə bilən nadir əsərlərdən biridir. Və bu əsər yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı əbədiyaşar təşəkkül izidir...

Sənan Hüseynov

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri