Icma.az
close
up
RU
Zamin durmadan öncə 2 dəfə düşünün BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

Zamin durmadan öncə 2 dəfə düşünün BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bank kreditlərində zamin durmaq hüquqi müstəvidə kifayət qədər ciddi öhdəlik və məsuliyyət tələb edən addımdır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsi zaminin məsuliyyətini yalnız əsas borc məbləği ilə məhdudlaşdırmır, kredit öhdəliyinin yerinə yetirilməməsindən doğan əlavə xərclərin də zaminin üzərinə düşməsini birbaşa təsbit edir.

“Yeni Sabah” xəbər verir ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, zamin kreditor (bank) qarşısında borclu ilə eyni həcmdə cavabdehlik daşıyır. Bu qanunvericilik norması göstərir ki, borclu kredit ödənişini gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə, bank tərəfindən hesablanan faizlər, cərimələr və digər maliyyə sanksiyaları avtomatik olaraq zaminin də öhdəliyinə çevrilir.

Yaranan əlavə xərclərin tərkibinə müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən dəbbə pulu (dəymiş zərər), hesablanmış əlavə faizlər, habelə borcun məcburi qaydada tutulması üçün bankın çəkdiyi hüquqi xərclər daxildir. Marqarita pizza

Əgər məsələ məhkəmə müstəvisinə keçərsə, Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilən dövlət rüsumu və işə baxılması ilə bağlı digər məhkəmə xərcləri də zaminin üzərinə qoyulur. Məhkəmə qərarı icraya yönəldildikdə isə icra məmurları tərəfindən tətbiq edilən icra ödənişləri (məcburi icra xərcləri) də cavabdeh qismində zaminin əmlakından və ya əməkhaqqından tutula bilər.

Təcrübədə banklar adətən müştərək zaminlik müqavilələrinə üstünlük verirlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borc ödənilmədikdə kreditor əsas borclu ilə zaminə qarşı müştərək tələb irəli sürmək hüququna malikdir. Bu da banka imkan verir ki, əsas borclunun ödəniş qabiliyyətinin olub-mamasından asılı olmayaraq, birbaşa zaminə müraciət etsin və bütün borcu — əsas məbləğ, faiz və bütün əlavə xərclər daxil olmaqla — ondan tələb etsin.

Zaminin bu cür əlavə xərclərdən azad olmasının yeganə hüquqi yolu zaminlik müqaviləsi bağlanarkən məsuliyyətin həcmini xüsusi bəndlə məhdudlaşdırmaqdır. Mülki Məcəllənin 472.2-ci maddəsində yer alan "zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa" qeydi tərəflərə müqavilə sərbəstliyi verir. Əgər müqavilədə zaminin yalnız əsas borca görə məsuliyyət daşıdığı, dəbbə pulu və məhkəmə xərclərinə görə cavabdeh olmadığı açıq şəkildə yazılarsa, bank əlavə xərcləri zamindən tələb edə bilməz. Lakin kommersiya banklarının standart təcrübəsində bu cür məhdudlaşdırıcı bəndlərə nadir hallarda rast gəlinir.

Öhdəliyin icrasından sonra zaminin hüquqi müdafiəsi Mülki Məcəllənin 474.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, kreditorun tələbini yerinə yetirən zamin reqres (geritələb) hüququ qazanır. Bu o deməkdir ki, zamin banka ödədyi bütün summanı — əsas borcu, faizləri, cərimələri və ödənilmiş məhkəmə-icra xərclərini — sonradan əsas borcludan məhkəmə qaydasında tələb etmək və zərərini təmin etmək hüququna malikdir.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri