Zaporojye AES in ABŞ ilə birgə idarə olunması müzakirə olunur Putin
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin biznes nümayəndələri ilə 24 dekabrda keçirilən qapalı görüşdə Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) gələcəyi ilə bağlı ABŞ ilə aparılan danışıqlardan danışıb.
Yeniavaz.com “Kommersant”a istnadən xəbər verir ki, Putin ilk dəfə olaraq Ukraynanın iştirakı olmadan Zaporojye AES-in ABŞ ilə birgə idarə olunması məsələsinin müzakirə edildiyini bildirib.
Prezident əlavə edib ki, Vaşinqton stansiya ərazisində mədənçilik əməliyyatlarının qurulmasında da maraqlıdır.
Putin həmçinin qeyd edib ki, stansiyada işləməyə davam edən ukraynalı mütəxəssislərin artıq Rusiya pasportu daşıdıqları bildirilir. ABŞ-nin təşəbbüsü ilə tərəflər Zaporojye AES-dən Ukraynaya elektrik enerjisi təchizatının mümkünlüyünü də müzakirə edirlər.
Bundan bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ZAES-in statusu ilə bağlı ABŞ ilə danışıqların hələlik kompromisə gətirib çıxarmadığını açıqlayıb.
“The Wall Street Journal”ın Vaşinqton ZAES-in Ukrayna, Rusiya və ABŞ tərəfindən 33%/33%/33% formatında birgə idarə olunmasını və ABŞ-nin əsas menecer rolunu üzərinə götürməsini təklif edir. Ukrayna tərəfi isə ABŞ-Ukrayna 50/50 birgə idarəetmə modeli istəyir.
Zaporojye AES Avropanın ən böyük nüvə elektrik stansiyasıdır və Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. O, 2022-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib. 2022-ci ilin oktyabrında Vladimir Putin stansiyanın federal mülkiyyətə verilməsi və “Rosenerqoatom” ASC tərəfindən idarə olunması barədə fərman imzalayıb.
2023-cü ilin fevralında Ukrayna Prezidenti Zelenski Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara “Rosatom”, onun törəmə şirkətləri və Zaporojye AES də daxil edilib.
2024-cü ilin iyulunda BMT Baş Assambleyası Moskvadan Zaporojye AES-in Ukraynaya qaytarılmasını tələb edən qətnamə qəbul edib. 99 ölkə sənədi dəstəkləyib, Rusiya isə qətnaməni “siyasiləşdirilmiş layihə” adlandıraraq tənqid edib.
Bu mövzuda digər xəbərlər:Zaporojye AES tüstüləyir FOTO
19 İyul 2025 18:53
Putin Zaporojye AES lə bağlı mövqeyini elan etdi
26 Dekabr 2025 07:10
Putin Zaporojye AES i ABŞ ilə bölüşməyə razıdır Ukrayna stansiyaya buraxılmır, amma...
26 Dekabr 2025 10:38
Zaporojye AES ə təhlükə var
17 Aprel 2025 09:16
AEBA Zaporojye AES in dərhal azad olunması ilə bağlı qətnamə qəbul edib
19 Sentyabr 2025 11:10
Baxış sayı:42
Bu xəbər 26 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















