Zaporojye AES də TƏHLÜKƏ ARTIR
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici elektrik enerjisi olmadan fəaliyyət göstərir. Stansiyanın əsas nüvə təhlükəsizliyi sistemləri hazırda təcili dizel generatorları hesabına işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi məlumat verib.
Qrossinin sözlərinə görə, Zaporojye AES artıq bir həftədən çoxdur əsas nüvə təhlükəsizliyi və mühafizə funksiyalarını yerinə yetirmək üçün zəruri olan elektrik enerjisini təcili dizel generatorları vasitəsilə təmin edir.
AEBA rəhbəri mövcud vəziyyət fonunda stansiyanın fasiləsiz şəkildə kifayət qədər dizel yanacağı ilə təmin olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qrossi qeyd edib ki, nüvə obyektində təhlükəsizlik sistemlərinin davamlı işləməsi üçün enerji təchizatının sabitliyi həyati əhəmiyyət daşıyır.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















