Zaporojye AES in ehtiyat xətt üzrə elektrik təchizatı bərpa edilib
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zaporojye Atom Elektrik Stansiyasının (AES) "Ferrosplav-1" 330 kV-luq ehtiyat xətti ilə elektrik təchizatı bərpa edilib.
Moderator.az "İnterfaks-Rusiya"ya istinadən xəbər verir ki, bunu stansiyanın nümayəndələri bildiriblər.
"Zaporojye Atom Elektrik Stansiyasında atom və istilik stansiyalarının açıq paylayıcı qurğusu arasında rabitə xəttinin bərpası işləri tamamlanıb. Xətt Ukrayna Silahlı Qüvvələrinin atəş təsiri nəticəsində zədələnib, bu da "Ferrosplav-1" elektrik ötürücü xəttindən stansiyaya gərginlik verilməsinin dayandırılmasına səbəb olub", - məlumatda deyilir.
Stansiyaya "Ferrosplav-1" xətti ilə elektrik enerjisinin ötürülməsinin atəş nəticəsində dayandırılması dekabrın 16-da məlum olub. Təmir işləri Zaporojye AES və "Rosset" mütəxəssisləri tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin inspektorlarının iştirakı ilə aparılıb.
Zaporojye AES nümayəndəsinin məlumatına görə, təmir işlərinin aparılması stansiya ərazisində atəşkəs rejiminin qorunması ilə bağlı müvafiq razılaşmalara nail olunduqdan sonra mümkün olub.
"Stansiyada vəziyyət tam nəzarət altındadır. Radiasiya fonu normadadır və təbii dəyərlərə uyğundur", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















