Icma.az
close
up
RU
Zaqatala aqrar islahat məktəbi

Zaqatala aqrar islahat məktəbi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaqif Şabanovu uzun illərdir tanıyıram. Dəfələrlə görüşmüşük. Zaqatala DAİM-in direktoru, təcrübəli mütəxəssisdir.

Son söhbətimizdə kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan həvəslə söhbət etdi. Fərəhlə bildirdi ki, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə MDB məkanında ilk olaraq torpaq islahatı Azərbaycanda məhz Zaqataladan başlamışdır. Bu Ulu öndərin zəhmətsevər zaqatalalılara göstərdiyi etimadın və dəyərin göstəricisi idi.

O vaxtdan Zaqatala fermerləri ilbəil həm bitkiçilik, həm də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə ediblər. Rayonda 2025–2026-cı təsərrüfat ili üzrə payızlıq səpin yekunlaşıb. Taxılçı fermerlər tərəfindən sahələrdə 3434 hektar arpa, 4834,3 hektar buğda keçən illə müqayisədə 100,4 faiz olmaqla taxıl səpini aparılıb.

Keçən il rayon üzrə 2025-ci ildə 144 kümçüyə 450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illə müqayisədə məhsuldarlıq 106.3 faiz təşkil edib. Tədarük edilmiş baramanın məhsul subsidiyası və alış dəyəri 210614,8 manat olmaqla tam şəkildə kümçülərin fermer kartlarına köçürülməsi təmin edilib.

Rayonda 21 fermer tərəfindən tütünçülük üzrə əsasən Virciniya növü olmaqla 93 parsel üzrə cəmi 403 ha sahədə tütün məhsulu əkilib, kompleks aqrotexniki qaydalarla becərilərək 808,4 ton quru tütün tədarük edilib.

Rayonda əsas ixracyönümlü məhsul 20190,4 hektar təşkil edən, o cümlədən 16481 hektar bar verən fındıqçılıq təsərrüfatlarıdır. Artıq bu sahədə mövsümi aqrotexniki tədbirlər aparılıb, budama, təmizləmə, üzvi və mineral gübrələrin verilməsi işləri davam etdirilib.

Eyni zamanda, fındıq və digər bitkilərin əsas zərərvericilərindən olan qəhvəyi mərmər bağacığına qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri, həmçinin fermerlərin maarifləndirilməsi istiqamətində işlər davam etdirilib. Keçən ilin oktyabr-dekabr ayları ərzində rayonun Maqov, Danaçı, Aşağı Çardaxlar, Üçüncü Tala, Çobankol, Aşağı Tala, Car, Zəyəm, Muxax, Yuxarı Tala, Əliabad, Kebeloba, Lahıc, Yuxarı Çardaxlar, Mazıx və digər kənd inzibati ərazi dairələrində qəhvəyi mərmər bağacığına qarşı həm kimyəvi, həm də mexaniki mübarizə tədbirləri aparılıb. Qeyd edilən tədbirlər rayonun digər ərazilərində də davam etdirilib. Zaqatala Rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri icra başçısı Mübariz Əhmədzadə ilə geniş müzakirə aparıb, eləcə də rayonun inzibati ərazi nümayəndələri və bələdiyyələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə mövzusunda konfrans keçirilib.

Rayonda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq hesabat ilində 12 süni mayalanma mütəxəssisi tərəfindən 6469 baş mal-qara süni yolla mayalandırılıb, 4276 baş sağlam buzov doğulub. Süni mayalanma nəticəsində doğulmuş buzovların DAİM-in mütəxəssisləri tərəfindən mütəmadi olaraq fərdi təsərrüfatlarda monitorinqi həyata keçirilib. Bununla yanaşı, onlar süni mayalama yolu ilə doğulan buzovlara görə subsidiya almaq məqsədilə müraciət edən fermerlərə lazımi köməklik göstəriblər.

Zaqatala rayonu üzrə 22 min 146 fermer EKTİS-də qeydiyyatdan keçmişdir. 2024–2025-ci təsərrüfat ilində 10179 nəfər fermer 18776 hektar sahə üzrə 27187 əkin və çoxillik əkmələr üzrə bəyan etmişdir. Fermerlər verilən əkin bəyanları üzrə bütün müraciətləri göndəriblər. 2025–2026-cı təsərrüfat ili üçün 12,9 min bəyan sahəsi üzrə 7,2 min fermer tərəfindən 19,9 min payızlıq əkin və çoxillik əkmələr, ondan 3 min 544 bəyan payızlıq əkin, 16 min 356 bəyan çoxillik əkmələr üzrə edilib. Mütəxəssislər tərəfindən payızlıq və çoxillik əkmələr üçün əkin bəyanları üzrə monitorinq aparılmışdır. Monitorinqin nəticələrinin sistemə işlənməsi təmin edilib.

Hesabat dövrü ərzində 811 kənd təsərrüfatı texnikası növbəti texniki baxışdan keçirilib, 245 yeni texnika dövlət qeydiyyatına alınıb. 7 istismara yararsız kənd təsərrüfatı texnikası qeydiyyatdan çıxarılıb. Rayonda mövcud kənd təsərrüfatı texnikalarının yeni və müasir texnika və qoşqularla əvəzlənməsi ilə bağlı maarifləndirilmə tədbirləri davam etdirilib.

Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafını təmin etmək üçün kənd təsərrüfatı kooperativlərinin və iri fermer təsərrüfatlarının yaradılması və inkişafı məqsədilə fermerlərlə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilib.

Vaqif Şabanov sonda bildirdi ki, Zaqatala fermerləri cari ildə daha böyük uğurlara imza atacaqlar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Zaqatala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri