Icma.az
close
up
RU
Zaqatala məktəbi QƏZALI vəziyyətdə Pəncərələr taxta ilə qapadılıb, sinifdə ilanlar…

Zaqatala məktəbi QƏZALI vəziyyətdə Pəncərələr taxta ilə qapadılıb, sinifdə ilanlar…

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaqatalanın əksər yaşayış məntəqələrində müasir məktəblər inşa olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Lakin rayonun ucqar Kəpənəkçi kənd tam orta məktəbi mövcud olan gündən bu yana nə təmir edilir nə yenisi tikilir.

Tribunainfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, artıq şagird və valideynlər dilə gəlib. Çünki məktəbin binasında sağ-salamat bir yer qalmayıb desək yanılmarıq.

Şəkillərdən də gördüyünüz kimi bu pəncərələri sınıq, taxta parçaları ilə qapadılan, suvağı tökülən, damı bərbad vəziyyətdə olan məktəb binası Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adını daşıyır.

Ötən əsrin 60-cı illərində inşa edilən Kəpənəçki kənd tam orta məktəbində hazırda 160 şagird təhsil alır, 40-a yaxın pedaqoji və texniki heyət çalışır. Sakinlərin sözlərinə görə ötən müddətdə bu təhsil ocağında heç bir təmir-bərpa işləri aparılmayıb. Məktəbin xarici ilə yanaşı daxili də qəzalı vəziyyətdədir.

Dərs saatı başa çatdığından şagirdlərə yaxınlaşıb daxildəki vəziyyətlə maraqlanırıq.

Bizim.Media-ya danışan 8-ci sinif şagirdi Kamilə Hacıyevanın arzuları böyükdür. O, da televiziya ekranlarında gördüyü, dostlarının bəhs etdiyi bütün şəraiti olan məktəbdə təhsil almaq arzusundadır.

“Mən də digər məktəblilər kimi yeni, keyfiyyətli, müasir standartlara cavab verən məktəbdə təhsil almaq istəyirəm. Fizika, kimya və digər fənnlərdən də yaxşı oxumaq istəyirəm. Gözəl dərs avadanlığı olan sinif otağında oturmaq istəyirəm. Təhsilimi mükəmməl etmək istəyirəm.

Müəllimlərimə dərindən təşəkkür etmək istəyirəm ki, onlar bizim təhsilimiz üçün mükəmməl şəkildə əziyyət çəkirlər, oxumağımız üçün əllərindən gələni edirlər. Tək arzum bu məktəbin yenilənməsidir”, – deyə şagird bütün Kəpənəkçi kənd sakinlərinin arzularını dilə gətirib.

Qeyd edək ki, kənd məktəbi şəhid Sərdar Kərimovun adını daşıyır. Şəhid bacısı Gülnar Qurbanova deyir ki, onun da övladları bu təhsil ocağında oxuyub. Qardaşının adını daşıyan bu təhsil ocağını belə vəziyyətdə görmək şəhid bacısı kimi ona təsir edir.

“Müəllimlərimizdən çox razıyıq. Çətin şəraitə baxmayaraq onlar bütün imkanlardan istifadə edib övladlarımıza savad, bilik verirlər. Amma məktəbin heç elektrik xətləri belə yoxdur. Bu səbəbdən şagirdlər kompüter və digər müasir texnologiyadan istifadə edə bilmirlər”- deyə şəhid bacısı qeyd edib.

Digər kənd sakini Saniyə İsayeva isə yaz gələndə sinif otaqlarında böcək, siçan və siçovulların, bəzən də ilanların peyda olmasından narahatlığını ifadə edib.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirildi ki, şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıdırlar. Təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilib. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Regional idarədən verilən məlumata əsasən son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 8 məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri