“Zaqatala” sabit nəticələr qazanan azsaylı komandalardan biridi” Fərid Namazov vacib oyun haqda
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümün ən vacib matçlarından birinə şahidlik edəcəyik. Söhbət 14-cü turun “İmişli” – “Zaqatala” oyunundan gedir.
Belə ki, bu komandalar qonşu – 3-cü və 4-cü pillələrdə qərarlaşıb. Meydan sahibləri qalib gəlsə, ən yaxın izləyicisiylə aradakı xal fərqini 6-ya çatdırmaqla mövqeyini xeyli möhkəmlədəcək. Qonaqların qələbəsi isə onların premyer-liqaya yüksəlmək şansını artıracaq. Deməli, İmişli təmsilçisi görüşə məsuliyyətlə hazırlaşmalı, “doğma divarlar” arasında azı bir xal qazanmalıdı.
Bu məqamları nəzərə alıb komandanın baş məşqçisi Fərid Namazovun oyun haqda fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, matça çox ciddi hazırlaşırıq. “Zaqatala” yaxşı rəqibdi. Baş məşqçisi Rüstəm Məmmədov uzun müddətdi bu komandanı çalışdırır. Özünəməxsus yolları var. Sürətli hücum və əks-hücumlar sayəsində inamlı oyun göstərirlər. “Zaqatala” sabit nəticələr qazanan azsaylı komandalardan biridi. Cəmi üç xal qabaqdayıq. Oyunun mahiyyətini başa düşürük. Öz iddiamız var. Daha yuxarı pillələrə yüksəlmək istəyirik. Mövsümü azı ikinci pillədə bitirmək niyyətindəyik. Təbii ki, bu sözdə yox, əməldə olmalıdı. Bunun üçün mübarizə aparırıq. Həm məşqçilər korpusu, həm də futbolçular çox çalışır. Futbolçularımdan Gilyerme Silva cəzalı, Həzrət İsayev zədəlidi. İstər fiziki, istərsə də psixoloji baxımdan hər şey qaydasındadı”.
Xatırladaq ki, matç bu gün saat 14.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Fevral 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















