Icma.az
close
up
RU
Zaqatala sakini DOST Mərkəzindən qanunsuz olaraq çıxarıldığını İDDİA EDİR Rəsmi cavab

Zaqatala sakini DOST Mərkəzindən qanunsuz olaraq çıxarıldığını İDDİA EDİR Rəsmi cavab

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Zaqatala rayonu, Əliabad qəsəbə sakini Bəşirova Arzu Mövlud qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, DOST Mərkəzi onu və iş yoldaşlarını haqsız yerə işdən çıxarıb:

“Mən, Bəşirova Arzu Mövlud qızı, yazaraq bildirirəm ki, 7 ildir “DOST Agentliyi”ndə işləyirdim. Hər ay 2 nəfəri səbəbsiz yerə işdən azad edirlər. Bu səbəbdən də biz işçilər müdiriyyətə müraciət etdik. Bizə bildirdilər ki, tapşırıq Bakıdan gəlib, məsələnin bizimlə heç bir əlaqəsi yoxdur. Biz sizə kömək edə bilmirik.

Çıxarılan işçiləri geri də qaytarmırlar. Mən də uşaq oxuduram, banka kreditlərim var. İşdən çıxarılmaq mənə sərf etmir. Yoldaşım da işləmir. Xahiş edirəm ki, məni yenidən işlə təmin etsinlər. 

Məsələ ilə bağlı DOST Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, “Məşğulluq haqqında” Qanuna əsasən, haqqı ödənilən ictimai işlər ilkin peşə hazırlığı tələb etməyən iş yerləri olmaqla, daimi deyil, müvəqqəti məşğulluğun təmin olunmasına xidmət edir. Bu da iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün onların müəyyən bir dövr ərzində, müddətli əsasda işlə təmin edilməsi məqsədi daşıyır.

Məhz bu çərçivədə DOST İş Mərkəzi ilə 1983-cü il təvəllüdlü Bəşirova Arzu Mövlud qızı arasında 06.02.2019-cu ildə əmək müqaviləsi bağlanıb. 

Müqavilə əsasında Arzu Bəşirova həmin tarixdən etibarən 15 may 2025-ci ilə qədər ilə qədər DOST İş Mərkəzinin həyata keçirdiyi “İşsizin dostu” proqramı çərçivəsində Zaqatalada Şəhər Kommunal Müəssisələr Kombinatında təmizlik işləri üzrə köməkçi vəzifəsində çalışıb. 

15 may 2025-ci il tarixdə Arzu Bəşirovanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar xitam verilib.

Ödənişli ictimai işlərdə çalışanların əmək müqavilələrinin müddəti başa çatdığı halda belə, həmin şəxslərin əmək bazarına qayıtmaları üçün tədbirlər görülür. Belə ki, proqramda iştirak etmiş şəxsin əmək müqaviləsi müddəti başa çatdığı gün məşğulluq orqanına dəvət olunaraq qeydiyyata alınır. Fərdi Məşğulluq Proqramı tərtib olunmaqla, həmin şəxsin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər aparılır. 

Hazırda da ictimai işlər proqramının icrası davam etdirilir və on minlərlə vətəndaşımız bu proqram çərçivəsində əmək fəaliyyəti ilə məşğuldur. 

Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri