Icma.az
close
up
RU
Zaqatalada aksiya çərçivəsində 450 yə yaxın sakin müayinə olunub

Zaqatalada aksiya çərçivəsində 450 yə yaxın sakin müayinə olunub

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi, “PAŞA Holding” və All Medical klinikasının birgə təşəbbüsü ilə reallaşan “Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Zaqatala rayonu olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrində sağlamlıqla bağlı maarifləndirmə və erkən diaqnostika təşəbbüslərini genişləndirməyi qarşısına məqsəd qoyan “Fərqindəlik” layihəsi çərçivəsində aprelin 13-də Zaqatala şəhərindəki “Hayat Hospital”da tibbi aksiya keçirilib. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Zaqatala və ətraf rayonlardan sakinlər iştirak ediblər.

“Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, aksiyanın məqsədi sağlamlıq xidmətlərini insanlara yaxınlaşdırmaq, mütəmadi tibbi müayinənin önəmini bir daha gündəmə gətirmək, diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq və xəstəliyin qarşısını almaqdır. “Layihənin məqsədi təkcə tibbi baxış keçirmək deyil, həm də insanlara davamlı və faydalı sağlamlıq vərdişləri aşılamaq, yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir”,- deyə layihə rəhbəri əlavə edib.

Aksiyada təcrübəli həkim heyəti sakinlərə tam ödənişsiz tibbi xidmətlər, qan analizləri, şəkər və təzyiq ölçümü, eləcə də endokrinoloji, terapevtik və digər ixtisaslaşmış sahələr üzrə fərdi məsləhətlər təqdim edib. Aksiya çərçivəsində xüsusilə şəkərli diabetlə bağlı risklərə dair geniş məlumatlandırma aparılıb. Bölgə üçün aktual olan yod çatışmazlığı da aksiyanın diqqət mərkəzində olub. Həkimlər bu mövzuda geniş məlumat verərək, vətəndaşlara düzgün qidalanma və əlavə dəstək vasitələri ilə bağlı tövsiyələr veriblər.

Tədbir zamanı şəkərli diabetlə bağlı ilkin əlamətlər müəyyən edilən şəxslərə qlükometr cihazları – şəkər ölçən aparatlar hədiyyə olunub. Bu cihazlar vasitəsilə artıq həmin vətəndaşlar öz şəkər səviyyələrini ev şəraitində rahatlıqla izləyə, həyat keyfiyyətlərini daha yaxşı idarə edə biləcəklər.

Ümumiyyətlə, gün ərzində davam edən tibbi aksiyada 450-yə yaxın sakin iştirak edib. Müayinələr zamanı xeyli sayda insanda zob xəstəliyinin əlamətləri müəyyən edilib.

Müayinələrdə iştirak edən vətəndaşlar tibbi aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək onlar üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

“Sakinlərin aksiyada fəal iştirakı bir daha göstərir ki, insanlar sağlamlıqlarına önəm verir, doğru məlumat və xidmətə çıxış imkanına ehtiyac duyurlar. “Fərqindəlik” layihəsi bu boşluğu doldurmaqla yanaşı, ölkə üzrə tibbi maariflənməyə və önləyici tədbirlərə ciddi töhfə verir”,- deyə layihənin rəhbəri Şəbnəm Həsənova qeyd edib.

“Erkən müayinə can qurtarır” adlı növbəti aksiyanın Gəncə şəhərində təşkil edilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri