“Konstitusiya və Suverenlik İli” çərçivəsində Zaqatalada ədəbi bədii kompozisiya təqdim edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zaqatala, 26 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli" çərçivəsində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Balakən rayon Komitəsinin və Zaqatala Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev - Konstitusiyamızın və dövlət suverenliyimizin memarıdır” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Azərbaycan Respublikası Konstitusiyanın qəbulunda və dövlət suverenliyinin möhkəmləndirilməsində oynadığı əvəzsiz roldan bəhs ediblər.
Sonra Balakən rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və bədii qiraət dərnəyi üzvlərinin iştirakı ilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poeması əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada Ulu Öndərin mənalı həyat yolu, dövlətçilik tariximizdəki misilsiz xidmətləri və xalqın yaddaşında əbədi yaşayan zəngin irsi bədii formada tamaşaçılara təqdim edilib, dahi şəxsiyyətin şərəfli həyat yolunu əks etdirən sənədli filmlərdən kadrlar nümayiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















