Icma.az
close
up
RU
Zaqatalada direktor QƏZA TÖRƏTDİ: 1 ölü, 5 yaralı VİDEO YENİLƏNİB

Zaqatalada direktor QƏZA TÖRƏTDİ: 1 ölü, 5 yaralı VİDEO YENİLƏNİB

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatalada qəza törədən sürücülərdən biri məktəb direktoru olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobili idarə edən Samir Yusifov şahmat məktəbinin direktoru imiş.

Qəza zamanı onun həyat yoldaşı da avtomibildə olub və ağır yaralanıb.

***

Saat 17:51

Zaqatalada baş verən yol qəzasında bir nəfər hadisə yerində ölüb, daha 5 nəfər xəsarət alıb. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı minik avtomobili ilə Faldar kənd sakininin idarə etdiyi "Mersedes C 200" markalı avtomobil toqquşub.

"VAZ 21011" markalı avtomobildə olan sərnişin, sürücünün əmisi, 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mersedes" markalı avtomobilin sürücüsü, onun sərnişini olan Faldar kənd sakini, 50 yaşlı Natavan Rəsul qızı Yusifova və daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirliblər.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırma aparılır.

***

https://www.instagram.com/zaqatala_news/reel/DWgs_8vijom/


17:13

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Mart 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri