Icma.az
close
up
RU
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatala, 9 iyun, AZƏRTAC

İyunun 9-da Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən barama qəbulu və qurutma məntəqəsinə kümçülər tərəfindən 712,5 kiloqram yaş barama təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri məntəqədə olub, kümçülərdən yaş baramanın qəbulu prosesi ilə maraqlanıb.

Müəssisənin direktoru Faiq Köngülovun sözlərinə görə, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 18 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 450 qutu, yəni 8 kiloqram 550 qram ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də ipəkqurdu toxumu məntəqənin özündə inkubasiya olunub.

Rayon üzrə cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Səbuhi Əsgərov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 104 kiloqram gəlib.

Kümçü AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq gəlirli sahə olduğundan, uzun illərdir barama yetişdirməklə məşğul olur. Bu il müəssisədən 2 qutu, yəni 38 qram ipəkqurdu götürüb, 100 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub və proqnoza əməl edib.

Mosul kənd ərazi icra nümayəndəsi Elman Sulxayevin sözlərinə görə, cari mövsümdə kənddə 8 kümçü ailəsinə 20 qutu ipəkqurdu paylanılıb. Bu il kənd üzrə yaş barama istehsalının 900 kiloqrama çatacağı gözlənilir.

Rayonun Yuxarı Tala kəndindən İlqar Əhmədli isə mövsümün ilk günündə məntəqəyə 70 kiloqram yaş barama təhvil verib. Bu il həmin kənddə 6 ailə baramaçılıqla məşğul olur. Onlara 15 qutu, yəni 285 qram ipəkqurdu paylanılıb. Kəndin kümçüləri 700 kiloqramadək yaş barama istehsal etməyi planlanlaşdırırlar.

Məntəqədə yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdirilib. Kümçülərə əvəzsiz olaraq 6491 qutu ipəkqurdu paylanılıb. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində həyata keçirilib.

Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri