Icma.az
close
up
RU
Zaqatalada cari mövsümdə 18 ton yaş barama istehsalı proqnozlaşdırılır

Zaqatalada cari mövsümdə 18 ton yaş barama istehsalı proqnozlaşdırılır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatala, 22 may, AZƏRTAC

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 18 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb və onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 450 qutu, yəni 8 kiloqram 550 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri rayonun Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kümçü ailələrinin təsərrüfatlarında olub, ipəkqurdunun yemlənməsi prosesini izləyib.

Sumaylı kəndindən Muradovlar ailəsi uzun illərdir ki, baramaçılıqla məşğul olur. Ötən il Muradovlar ailəsi 70 qram ipəkqurdu bəsləyib, 210 kiloqram yaş barama istehsal edib. Ailə qısa müddətdə baramaçılıqdan 2300 manatdan çox gəlir qazanıb. Kümçü ailəsi builki mövsümdə 52 qram ipəkqurdu bəsləyir. Təsərrüfatçılar ipəkqurdunun bəslənməsi üçün həyətlərindəki yardımçı tikilidə xüsusi yer ayırıb, rəflər quraşdırıblar. İpəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını həyətdəki, həmçinin kənd ərazisindəki tut ağaclarından tədarük edirlər.

Baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu bildirən təsərrüfat sahibi Zahidət Muradova deyib: “Baramaçılıqda çox qısa müddətdə, yəni bir ay ərzində çəkdiyin zəhmətin bəhrəsini görürsən. Bitkiçilikdə, heyvandarlıqda isə məhsul götürmək üçün neçə ay gözləməli olursan. Bu il ailəmiz 52 qram ipəkqurdu götürüb, 200 kiloqramadək yaş barama istehsal etməyi qarşıya məqsəd qoymuşuq”.

Kümçü söhbət əsnasında bildirib ki, baramaçılıq, eyni zamanda, çox zəhmət tələb edən sahədir. “Havalar soyuq keçəndə xərclərimiz daha da artır. Ona görə də yaş baramanın alış qiyməti artırılarsa, kənd adamlarının bu sahəyə marağı daha da artar”,- deyə kümçü əlavə edib.

Xatırladaq ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunan yaş baramanın hər kiloqramı üçün kümçülərə 11 manat ödənilməsi nəzərdə tutulur.

Dardoqqaz kənd sakini Rəfiqə Mehdiyeva isə 4-cü ildir ki, baramaçılıqla məşğul olur. Onun ailəsi keçən il 35 qram ipəkqurdu bəsləyib, 137 kiloqram yaş barama istehsal edib. Ailə cari mövsümdə 40 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olur və 150 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.

Kənddə olarkən inzibati ərazi dairəsi üzrə nümayəndə Ramazan Şabanovla qarşılaşırıq. Qeyd edək ki, nümayəndəliyə 4 kənd – Çökək, Göyəm, Sumaylı və Dardoqqaz kəndləri daxildir. Nümayəndənin sözlərinə görə, ötən il bu kəndlərin kümçüləri, ümumilikdə, 1200 kiloqramdan çox yaş barama istehsal ediblər. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan 13 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə isə nümayəndəlik üzrə 9 kümçüyə 600 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə də yaş barama istehsalının 1200 kiloqramdan çox olacağı gözlənilir.

Müxbir – Mustafa Dadaşov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri