Icma.az
close
up
RU
Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim qürur mənbəyimdir”

Zaqatalada müstəqillik qüruru: “Müstəqil dövlətim qürur mənbəyimdir”

Icma.az bildirir, Azertag portalına istinadən.

Zaqatala, 16 oktyabr , AZƏRTAC

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Müstəqil dövlətim - qürur mənbəyimdir” mövzusunda elmi-praktik konfrans Zaqatala Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 18 Oktyabr -Müstəqilliyin Bərpası Günü ilə bağlı qısavideoçarx nümayiş etdirilib.

Mövzu ilə bağlı çıxışlarda bu il Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd edildiyi diqqətə çatdırılıb. 1991-ci ilin 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın dövlət müstəqilliyi elan edilib. Ancaq ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin fədakar əməyi nəticəsində sonrakı illərdə dövlət müstəqilliyimiz möhkəmlənib, dünya dövlətləri arasında ölkəmizin rolu və nüfuzu artıb. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü daxili və xarici siyasət nəticəsində isə Azərbaycan daha da güclənib, regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarixi Zəfərimiz nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub və bu tarix təqvimdə sıradan bir tarix deyil, Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik gündür.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri