Icma.az
close
up
RU
İlham Əliyev Müstəqil Azərbaycanın Qürur Yolunun Lideri

İlham Əliyev Müstəqil Azərbaycanın Qürur Yolunun Lideri

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bu il oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 23-cü ili tamam olur. 2003-cü il tarixindən bu günə qədər keçən bu dövr, ölkəmizin siyasi, iqtisadi, hərbi və diplomatik arenalarda parlaq uğurlar qazandığı, xalqın rifahının yüksəldiyi və Azərbaycanın dünya miqyasında nüfuzunun artdığı illərlə yadda qalmışdır. Bu uğurlar isə təsadüfi deyil. Onlar müdrik və uzaqgörən liderin — Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinə söykənən ardıcıl və qətiyyətli siyasətinin nəticəsidir.Bu yolun təməli isə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.
Məhz Heydər Əliyevin uzaqgörənliyi və dərin strateji baxışı nəticəsində 1990-cı illərin mürəkkəb və çətin dövründə Azərbaycanın dağılmaq təhlükəsi qarşısından xilas edilərək dövlətçiliyin əsasları qoyuldu. Müstəqilliyi yalnız formal deyil, məzmunca möhkəmlənmiş dövlətə çevirmək üçün siyasi sabitlik, iqtisadi islahatlar, ordu quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində misilsiz işlər görüldü.
Lakin Ulu Öndərin ən böyük uzaqgörən addımlarından biri də gələcəyin liderini — Prezident İlham Əliyevi hazırlamaq və onu siyasi irsinin davamçısı olaraq xalqa etibar etmək idi. O, xalqın qarşısında “İlhamı seçsəniz, mənə səs vermisiniz” deyərək, təkcə bir namizədi deyil, bütöv bir davamlı inkişaf strategiyasını təqdim etdi.
İlham Əliyev bu etimadı doğrultdu. 2003-cü ildən bu günə qədər keçən müddətdə Azərbaycan hərtərəfli inkişaf yolu keçdi. Bu dövr ərzində:
Dövlətin suverenliyi və ərazi bütövlüyü bərpa olundu. Ulu Öndərin “Qarabağ Azərbaycanın ürəyidir” deyimini Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” çağırışı ilə təkcə siyasi şüara yox, hərbi və diplomatik reallığa çevirdi.
Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası daha da genişləndirildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca TAP və TANAP kimi layihələrlə Azərbaycan dünya enerji xəritəsində əsas oyunçulardan birinə çevrildi.
Ordunun gücləndirilməsi, milli müdafiə sənayesinin qurulması və müasir texnologiyalarla silahlanması Heydər Əliyevin “Güclü ordu, güclü dövlət” konsepsiyasının davamı idi.
Və bu liderlik bu gün bizi sülhə aparır. Qarabağın azad edilməsindən sonra indi dayanıqlı sülh və normal münasibətlərin qurulması mərhələsindəyik. Vaşinqton, Brüssel, Moskva və Pekin formatlarında aparılan danışıqlarda Azərbaycanın mövqeyi aydındır: sülh istəyirik, amma yalnız ədalət üzərində qurulan sülh.
Heydər Əliyevin “Müstəqillik bizim ən böyük sərvətimizdir” fikrinin ardınca, İlham Əliyev bu sərvəti qorumaqla yanaşı, ona güc, sabitlik və nüfuz da qatmışdır. 23 illik bu yol – siyasi uzaqgörənliyin, xalq sevgisinin və milli maraqların qüsursuz müdafiəsinin yoludur.
Azərbaycanın beynəlxalq nüfuzu artdı, regionun lider dövləti və qlobal təşəbbüskar ölkəsi oldu. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik, COP29-un Bakıda keçirilməsi bu uğurların göstəricisidir.
İlham Əliyevin rəhbərliyindəki bu 23 illik dövr, Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasının yeni çağırışlara cavab verən, dinamik, çevik və prinsipial idarəetmə modeli ilə birləşdiyi illərdir. O, atasının mirasını qorumaqla kifayətlənmədi — onu zənginləşdirdi, yeni müstəviyə daşıdı və xalqın rifahı naminə zamanın tələblərinə uyğun şəkildə tətbiq etdi.
Bugünkü sabitlik, inkişaf, bərpa və quruculuq dövrü təkcə bir dövrün deyil, iki böyük liderin – Heydər Əliyev və İlham Əliyevin vəhdət təşkil edən dövlətçilik fəlsəfəsinin məhsuludur.
Prezident İlham Əliyev bu fəlsəfənin canlı daşıyıcısıdır. Onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri sadəcə siyasi bəyanat deyil, həm də Heydər Əliyev məktəbinin yetkin bir nəticəsidir. Zamanı dəqiq seçmək, situasiyanı dərk etmək və xalqın etimadına söykənərək qərar vermək bacarığı — bu, İlham Əliyev liderliyinin əsasıdır.
Azərbaycan dövləti son illərdə əldə etdiyi siyasi uğurlar, beynəlxalq nüfuzu və strateji qərarları ilə yalnız regionun deyil, dünyanın aparıcı və söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir. Bu yüksəliş, ölkə başçısı İlham Əliyevin milli maraqlara əsaslanan, praqmatik və uzaqgörən liderlik strategiyasının birbaşa nəticəsidir. Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan, müstəqil qərar vermə qabiliyyətini qoruyan, suverenliyinə tam sahib çıxan və eyni zamanda beynəlxalq sülh təşəbbüslərində fəal iştirak edən bir dövlət kimi tanınmaqdadır.
Xalqa inamdan qaynaqlanan qərarlar isə təkcə siyasi rasionallığın deyil, həm də xalqla lider arasında yaranmış etimadın təcəssümüdür. Bu səbəbdən atılan hər addım düşünülmüş, hər qərar məsuliyyətli və gələcəyə hesablammış olur.
Azərbaycanın son illərdə keçdiyi strateji yol – istər siyasi, istər hərbi, istər diplomatik sahədə – bu iradənin nəticəsidir. Qarabağ Zəfəri də məhz bu prinsipə söykənən ardıcıl siyasətin, səbrli və ağıllı strateji planlaşdırmanın nəticəsi oldu.
Prezident İlham Əliyev hadisələrə ani, emosional reaksiya vermək əvəzinə, zamanın və şəraitin diktə etdiyi anda qərar verir. Bu, onun liderlik modelinin əsasını təşkil edir. O, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutaraq, lazım olan anda lazımi addımı atır və bunun məsuliyyətini üzərinə götürməkdən çəkinmir.
Azərbaycan xalqı da bu iradəyə güvənir. Xalqın etimadı, Prezidentin siyasi gücü ilə vəhdət təşkil edərək ölkəmizin dayanıqlı inkişafının təməlini qoyur.
Bu gün Azərbaycan regionda söz sahibi olan, gücünü yalnız hərbi deyil, diplomatik və iqtisadi sahələrdə də sübut edən bir dövlətə çevrilib.
Bugünkü sabitlik, əmin-amanlıq və inkişaf məhz bu siyasi iradənin və zamanında atılmış qərarların nəticəsidir. Liderlik – xalqın güvənini daşımaqdır, o güvənə cavab verməkdir. Prezident İlham Əliyev bu güvənin daşıyıcısı və cavabdehi olaraq üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməkdədir.
Sülhün Paraflanması və Beynəlxalq danışıqlar
2025-ci ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sülh müqaviləsi, uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla yanaşı, iki ölkənin münasibətlərini normallaşdıran və “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı strateji tranzit koridorunun təşəbbüsünə yol açan mühüm razılaşma kimi tarixə düşüb.
Bu müqavilə, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və düzgün zamanlama ilə verilən qərarların nəticəsi olaraq, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və sülhə olan sadiqliyini nümayiş etdirdi.
Bundan əlavə, 2025-ci ilin ikinci yarısında Çində keçirilən danışıqlar da regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımların davamı kimi qiymətləndirilir. Bu danışıqlar, Azərbaycanın diplomatik səylərinin və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyinin bir göstəricisidir.
Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan, nəinki öz ərazi bütövlüyünü bərpa etmiş, həm də regionda sülh və sabitliyin təmin olunmasında əsas rol oynayan bir dövlətə çevrilmişdir. Vaşinqtonda imzalanan sülh müqaviləsi və Çində aparılan danışıqlar, bu uğurun beynəlxalq miqyasda tanınmasının və Azərbaycanın diplomatik səylərinin nəticəsidir.
Azzərbaycan xalqı bu gün fəxrlə deyə bilir: İlham Əliyev-Heydər Əliyev yolunun ən layiqli davamçısıdır!

İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin Sədri Turanə Orucova.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri